Alimlər Günəşlə bağlı yeni sirri açdı
Alimlər müəyyən ediblər ki, günəşin tacında (koronasında) müşahidə olunan günəş küləyi əvvəl hesab ediləndən 3-4 dəfə daha sürətli hərəkət edə bilər. Bu nəticə Proba-3 missiyasının məlumatlarının təhlili əsasında əldə olunub.
Qaynarinfo xəbər verir ki, məlumatı Space.com yayıb.
Əvvəllər "yavaş" günəş küləyinin sürətinin təxminən 100 km/s olduğu düşünülürdü. Lakin yeni müşahidələr göstərir ki, günəşin səthinə yaxın ərazilərdə bu sürət 480 km/s-ə qədər çata bilir ki, bu da sürətli küləklə demək olar eyni səviyyədədir.
Qeyd edək ki, günəş küləyi günəşdən yayılan yüklü hissəciklər axınıdır və bütün günəş sisteminə yayılaraq Yer kürəsinin maqnit sahəsinə təsir edir, nəticədə geomaqnit qasırğaları yaranır.
Tədqiqatçılar hesab edir ki, "yavaş" günəş küləyi günəş səthinə yaxın sahələrdə maqnit xətlərinin qırılıb yenidən birləşməsi nəticəsində yaranır. Lakin bu proses hələ də tam öyrənilməyib. "Sürətli" külək isə əsasən koronal dəliklərdən - günəş atmosferinin daha soyuq və qaranlıq bölgələrindən çıxır. "Yavaş" külək fərqli olaraq qeyri-bərabər, ayrı-ayrı axınlar şəklində yayılır.
Alimlər bildirir ki, günəş tacını öyrənmək günəş diskinin güclü parıltısına görə çətindir və əvvəllər bu müşahidələr əsasən nadir günəş tutulmaları zamanı mümkün olurdu. Proba-3 missiyası isə bu problemi həll edib: iki peyk süni tutulma yaradaraq günəş səthinə yaxın bölgələri müşahidə etməyə imkan verir.
Missiya başladıqdan sonra artıq onlarla belə müşahidə aparılıb və küləyin gözlənilməz sürətlənməsi qeydə alınıb. Alimlər vurğulayırlar ki, bu, günəşdə baş verən proseslərin daha dərindən öyrənilməsi üçün yalnız başlanğıcdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 975 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYəməndə ölən və yaralananların sayı 1500-ü keçdi
Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü
10:08 170 Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy
12:39 145 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
16:10 72 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 248 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 111 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 218 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 254 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 260 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 152