3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixinin ən ağır mərhələlərindən birində ölkənin hansı istiqamətdə gedəcəyinin müəyyənləşməsindən gedirdi.
1993-cü ildə Azərbaycan ciddi siyasi böhranla, daxili qarşıdurma təhlükəsi ilə, iqtisadi və hərbi problemlərlə üz-üzə idi. Belə bir şəraitdə əsas məsələ hakimiyyət uğrunda mübarizə deyil, dövlətin özünün qorunub saxlanılması idi.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitlik və ardıcıllıq mərhələsi başladı. Dövlət institutlarının möhkəmləndirilməsi, ordunun formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı.
1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, iqtisadi islahatlar, neft strategiyasının formalaşdırılması və Azərbaycanın dünya ilə daha geniş inteqrasiyası həmin dövlətçilik xəttinin mühüm nəticələri idi.
Burada mühüm bir məqam var. Heydər Əliyev yalnız o günün problemlərini həll etmirdi. O, Azərbaycanın gələcəyinin siyasi, iqtisadi və institusional əsaslarını formalaşdırırdı."Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, məhz buna görə 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi də ayrıca bir hadisə kimi deyil, əvvəlki illərdə formalaşdırılmış siyasi kursun davamlılığı kontekstində qiymətləndirilir.
"Başqa sözlə, 1993-cü ildə dövlətin sabitliyi və müstəqilliyinin qorunması üçün atılan addımlar sonrakı mərhələdə Azərbaycanın inkişaf strategiyasına çevrildi. 2003-cü ildən etibarən isə bu xətt yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və Azərbaycan suveren dövlət kimi təsdiqləndi.
Bu gün 3 oktyabrı xatırlayarkən əsas məsələ tarixə yalnız nostalji ilə baxmaq deyil. Əsas məsələ odur ki, həmin dövrdə verilmiş siyasi qərarların Azərbaycan dövlətçiliyinin sonrakı inkişafına necə təsir etdiyini düzgün dərk edək.
Çünki dövlətçilik tarixində elə tarixlər var ki, onlar sadəcə təqvimdə qalmır. 3 oktyabr 1993-cü il də Azərbaycanın müasir dövlətçilik tarixində belə dönüş nöqtələrindən biridir."-deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 589 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi
16:00 146 Sabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy
14:46 171 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumat
11:21 188 Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti
11:30 161 Dava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
18:00 125 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny
11:45 163 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
18:50 9 "Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
16:30 146 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
17:40 130