"Coca-Cola" ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Səhiyyə işçiləri…

"Coca-Cola" ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Səhiyyə işçiləri…"Coca-Cola" və digər qazlı şirin içkilərin insan orqanizminə təsiri ilə bağlı beynəlxalq araşdırmalar bu məhsulların həm qısa müddətli təsirlərini, həm də uzunmüddətli risklərini yenidən gündəmə gətirib.

Tribuna.az-ın xəbərinə görə, xarici tibb portalları və elmi bazalarda dərc olunan məqalələr göstərir ki, geniş istehlak edilən bu içkilər ilk baxışda enerji versə də, müntəzəm istifadə zamanı ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Məsələn, "Medical News Today" portalında dərc olunan məqalədə qeyd olunur ki, bir banka "Coca-Cola"da təxminən 37 qram şəkər var ki, bu da gündəlik tövsiyə olunan normanı xeyli üstələyir. Araşdırmada bildirilir ki, bu cür yüksək şəkər miqdarı qanda qlükozanın sürətlə artmasına səbəb olur və zamanla piylənmə, insulin müqaviməti və şəkərli diabet riskini artırır.

Digər məşhur sağlamlıq platforması olan "WebMD" isə kola tipli içkilərin demək olar ki, heç bir qida dəyərinə malik olmadığını vurğulayır. Məlumata görə, bu içkilər "boş kalori" mənbəyi hesab olunur və müntəzəm istifadə ürək-damar xəstəlikləri, diş çürüməsi və metabolik pozuntularla əlaqələndirilir.

Bununla yanaşı, "PubMed" bazasında yer alan bəzi elmi tədqiqatlar "Coca-Cola"nın qeyri-adi tibbi tətbiqlərinə də diqqət çəkir. Belə ki, müəyyən hallarda bu içkinin mədədə yaranan və "bezoar" adlanan kütlələrin parçalanmasında köməkçi vasitə kimi istifadə olunduğu bildirilir. Lakin mütəxəssislər bunun yalnız həkim nəzarəti altında tətbiq edilə biləcəyini xüsusi vurğulayırlar.

Mütəxəssislərin ümumi qənaətinə görə, "Coca-Cola" kimi qazlı içkilərdən tam imtina edilməsə belə, onların istehlakı minimum səviyyədə saxlanılmalıdır. Qısa müddətli enerji və stimullaşdırıcı təsirinə baxmayaraq, uzunmüddətli sağlamlıq riskləri bu içkilərin gündəlik rasionda əsas yer tutmasını məqsədəuyğun hesab etmir.

Səhiyyə ekspertləri əhalini daha sağlam alternativlərə - su, təbii şirələr və şəkərsiz içkilərə üstünlük verməyə çağırır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəkidə 5 nəfəri it dişlədi

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib. BİG.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib. Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşl

13:26 185
.

Moldovanın baş naziri Muntyanu istefa verib

Moldovanın Baş naziri Aleksandru Muntyanu cümə günü gözlənilməz bir açıqlama ilə istefa verdiyini bildirib və bu, hökumətin istefasına səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, 2025-ci ilin noyabr ayından bəri Avropa Birliyinə namizəd ölkənin baş naziri vəzifəsində çalışan Munteanu qərar

14:38 151
.

"Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində ABŞ administrasiyasının fəallığı diqqət çəkir" - BƏHRUZ QULİYEV

"ABŞ-ın Müstəqillik Gününün və dövlətçiliyinin 250 illik yubileyi təkcə Amerika xalqı üçün deyil, beynəlxalq münasibətlər sistemi baxımından da mühüm siyasi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün ABŞ qlobal siyasətin aparıcı aktorlarından biri olaraq müxtəlif regionlarda təhlükəsizlik, iqtisad

11:25 191
.

Sabunçuda ƏMƏLİYYAT: 19 kilo narkotiklə tutuldu

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. xəbər verir ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar. Onlardan ümumilikdə 19 kiloqramda

18:15 1
.

Prezidentin gəlinindən zərif - Fotolar

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva yeni fotolar paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Alenann qatıldığı tədbirlərdən birində lentə alınıb. Alena Əliyevanın sözügedən paylaşımını təqdim edirik:

16:22 200
.

Supermarket almaları təhlükəlidirmi?

Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib. xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazi

19:00 1
.

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq

Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans

10:10 213
.

Fransa, Belçika və Niderlandda isti hava səbəbindən ən azı 3700 ölüm hadisəsi qeydə alınıb

Fransa, Niderland və Belçika iyun ayında Avropada temperaturun kəskin şəkildə yüksəlməsinə səbəb olan isti hava dalğası zamanı 3700 ölüm hadisəsi qeydə alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu rəqəmlərin ilkin olduğunu və arta biləcəyi barədə xəbərdarlıq edib. Mütəxəssislər

14:24 163
.

Azərbaycan nümayəndə heyəti İrandadır

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak üçün Tehrana gedib. xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın nümayəndə heyətini hava limanında parlament sədri Məhəmməd Baqir Qalibafın müavini qarşılayıb. Qeyd edək ki, İran

15:13 173
.

TOP MP3