Özəl, yoxsa dövlət xəstəxanası? - "Orada xəstələrə münasibət yaxşıdır"

Özəl, yoxsa dövlət xəstəxanası? - "Orada xəstələrə münasibət yaxşıdır"Səhiyyə ən çox müraciət etdiyimiz sahələrdəndir. Cəmiyyətdə də insanlar arasında belə bir düşüncə var: "Özəl klinikada çalışan həkimlər dövlət tibb müəsissələrindəkindən yaxşıdır". Hətta həkimlərin də savadını bu yolla müqayisə edirlər, özəl klinikalara güvənirlər.

Bəs görəsən, bu fikir nə qədər əsaslıdır? Bu düşüncənin təməlində nələr dayanır?

Səhiyyə eksperti, həkim Aydın Əliyev Lent.az-a açıqlamasında bildirib ki, insanların özəl klinikaları seçməsinin səbəblərindən biri onlara orada göstərilən rəftardır:

"Azərbaycanda həm özəl, həm də sektorunda vicdanlı və savadlı, özünü inkişaf etdirən həkimlər var. Lakin bununla yanaşı insanlar özəl sektorunda müalicə və müayinə edilməyə daha çox üstünlük verirlər. Reallıq bundan ibarətdir ki, əksər dövlət tibb müəssisələrində təchizat, maddi-texniki baza dünya standartları səviyyəsində deyil. Digər səbəb isə isə əməkdaşların (həkimlərin) düşüncə tərzidir. Səhiyyə sahəsində maariflədirmə işləri zəifdir. Hər zaman deyirəm ki, səhiyyə işçilərinin işinə vicdanla yanaşması haqqında video-roliklər, qısametrajlı filmlər çəkilməlidir. Müəllim və tələbə ilə bağlı bir film var idi. Müəllim tələbədən pul alıb, qiymət yazır, sonra o tələbə cərrah olur. Bir günüəllimin övladı qəza keçirir xəstəxanaya gəlir və onun valideyninə rüşvət verib, cərrah olan həmin tələbənin əlinə düşür. Bu aspektdən vicdanı əks etdirən filmlərin çəkilməsi önəmlidir.

Pasiyentlər özəl klinikaya müraciət edəndə onlara diqqətlə yanaşırlar. O da ödəniş müqabilində həkimin qarşısında həm ərk edə, həm də daha keyfiyyətli xidmət tələb edir. Əlbəttə, pasiyent haqlıdır. Həmin özəl klinikadakı tibb personalı da ödənişə görə daha yaxşı xidmət göstərməyə maraqlı olurlar. Sözsüz ki, çatışmazlıqlar həm dövlət, həm də özəl sektorda olur, lakin ödənişlərə görə özəl tibb müəssisələri daha məsuliyyətli yanaşırlar xəstəyə.

Alətlərin təmizliyi, işlənmə qaydası, birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyalar da insanların özəl klinikalara üstünlük verməsinin təməlində durur. Özəl klinikalarda xəstələr görürlər ki, birdəfəlik istifadə materialları onların gözünün önündə açılıb, istifadə edilib, daha sonra atılır. Amma dövlət xəstəxanalarında əsasən bunları görə bilmirlər. Özəl klinikaların seçilməsinin əsas səbəbləri bunlardır. Necə deyərlər, "elin gözü tərəzidir".

Digər tərəfdən dövlət xəstəxanalarında həkimlərə verilən məvacib və bonus əlavələri azdır. O məbləğlər həkimləri motivasiya edə bilmir. Dövlət tibb müəssisələrində tibb işçilərinin maddi rifahı yüksəldilsə, oradakı neqativ hallar da azalar. Lakin maddi tərəflə paralel olaraq, tibb işçilərinə işin mənəvi tərəflərini aşılamalıyıq. Bir neqativ halla qarşılaşmışdım. Allaha inanan, inancları olan bir xanım dövlət tibb müəssisəsindən dərmanları çıxarıb, satırdı. Kimliyindən və inanclarından asılı olmayaraq, tibb sektorunda çalışanlara işini vicdanla görmək aşılanmalıdır. Bu məsələdə ciddi qüsurlarımız var".

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Lent.az-a açıqlamasında qeyd edib ki, xəstə özəl klinikada işləyən həkimə inanmasa onun yanına gəlmir:

"İnsanlar bu düşüncəyə durduq yerdə varmayıblar. Özəl klinikalarda işləmək dövlət xəstəxanasında çalışmaqdan çox çətindir. Xəstə özəl klinikada işləyən həkimə inanmasa, onun yanına gəlmir. Dövlət xəstəxanalarına əsas müraciətlər inzibati yollarla olur. Hər hansısa sağlamlıq sənədini özəl klinikadan almağa icazə yoxdur, buna görə şəxs mütləq dövlət tibb müəssisəsinə göndərilirlər. Lakin müalicə üçün onlar öz inandıqları həkimə müraciət edirlər. Özəl klinikanın rəhbəri həkimə maaş və xəstə vermirlər. Özəl klinikalarda çalışan həkimlər dövlət xəstəxanalarında işləyənlərdən ona görə çox maaş alırlar ki, özünü tanıdıb, kifayət qədər pasiyenti var, onların da faizi həm həkimə, həm də xəstəxanaya çatır. Amma dövlət xəstəxanasına xəstə gəlsə də, gəlməsə də, həkim yenə o maaşı alır.

Özəldə çalışan həkimin yanında xəstə gəlməsə, o, bütün ay maaşsız qalar və normal olaraq, orada çalışmaz. Bir həkim özəldə işləyirsə, deməli halından razıdır. Pasiyentlər də bunu görürlər və onlara güvənirlər. Ona görə də üstünlüyü özələ verirlər. Bundan əlavə özəl klinikalarda pasiyentlərə çox hörmətlə rəftar edirlər, onların qayğısına qalırlar. Amma təəssüf ki, dövlət xəstəxanasında həkimlərin xəstələrə münasibəti də yaxşı deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 773   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 170
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 145
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

16:10 72
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 248
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 111
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 218
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 254
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 260
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 152
.