Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədiSon dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, F.Abbasova narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib. Bu fakt məhkəmə tərəfindən təsdiqlənib.

Belə ki, Nərimanov Rayon Məhkəməsinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, Fidan Abbasovanın əməli İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə hüquqi qiymətini alıb. İş materiallarında yazılıb ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş tibbi rəyə əsasən, martın 4-də ondan götürülmüş nümunədə narkotik maddə marixuana - THC (+) aşkarlanıb.

Məhkəmə qərarı ilə Fidan Abbasova təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bununla yanaşı, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.

Mövcud vəziyyətdən çıxmaq üçün Fidan Abbasovanın müdafiəçisi onu məsuliyyətdən yayındırmağa çalışıb. Belə ki, F.Abbasova məqsədli şəkildə özəl tibb müəssisəsində bir neçə dəfə yoxlamadan keçib, nəticələrin mənfi çıxması - narkotik vasitənin bədənindən təmizləndiyindən əmin olduqdan sonra dərhal Narkoloji Dispanserə təkrar müraciət etməklə guya ilkin tibbi rəyə zidd sənəd əldə edib.

Qərardan narazı qalan Fidan Abbasova apellyasiya şikayəti ilə çıxış edərək həm narkoloji mərkəzin, həm də hüquq mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dair müxtəlif əsassız iddialar səsləndirib. O, təqdim etdiyi şikayətdə analiz nəticələrinin düzgün olmadığını, guya korrupsiya hallarının mövcud olduğunu iddia edib. Lakin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən təqdim olunan bu iddialar obyektiv araşdırma predmetinə çevrilib və onların hər biri ayrıca qiymətləndirilib.

Məhkəmə iclasında dinlənilən mütəxəssis rəyləri və ekspertiza nəticələri göstərib ki, irəli sürülən arqumentlərin elmi və hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı əlavə olaraq dəvət edilərək dindirilən mütəxəssis rəyinə əsasən, bir daha təsdiqlənib ki, THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibb elmində təsdiqlənmiş faktdır.

Narkotik vasitənin aşkar edildiyi fevralın 24-dən martın 10-dək tam 14 gün keçdikdən sonra bədəndən silinməyinin tibbə uyğun olduğu təsdiqlənib. Bununla da məhkəməni həqiqətdən yayındırmaq cəhdi uğursuzluğa düçar olub.

Araşdırma zamanı xüsusilə aşağıdakı məqamlar müəyyən edilib:

- Respublika Narkoloji Mərkəzinin verdiyi ilkin tibbi rəyin etibarlılığı təsdiqlənib;

- Sidik nümunəsində aşkarlanan THC (+) nəticəsinin düzgünlüyü şübhə altına alınacaq hər hansı mötəbər sübut olmadığı müəyyən edilib;

- Apellyasiya şikayətində qeyd olunan siklin 3-cü günü ilə analiz nəticələri arasında hər hansı elmi əsaslandırılmış əlaqənin olmadığı müəyyən olunub;

- Şəxsin ilkin yoxlamadan günlər keçdikdən (müvafiq maddə qanından sorulduqdan) sonra öz təşəbbüsü ilə verdiyi təkrar analiz nəticələri ilkin tibbi rəyi təkzib edən sübut kimi qəbul edilməyib.

Bundan əlavə, məhkəmə tərəfindən narkotik maddələrin insan orqanizmindən çıxma müddəti ilə bağlı səsləndirilən iddialara da hüquqi və tibbi qiymət verilib. Belə ki, məhkəmə mütəxəssis rəylərinin təhlili nəticəsində qənaətə gəlib ki, Fidan Abbasovanın "taktika" ilə bədənindən təmizləndikdən sonra əldə etdiyi ikinci rəy narkotik istifadəçisini təmizə çıxarmaq üçün qurulmuş müdafiənin hissəsi idi.

Nəticədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş qərarla apellyasiya şikayəti əsassız hesab olunub. Birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, məhkəmələr tərəfindən toplanmış sübutlar və ekspertiza rəyləri əsasında Fidan Loğman qızı Abbasovanın inzibati xəta törətməsi faktiki, narkotik istifadə etməsi tam sübuta yetirilmiş hesab edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1861   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 170
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 145
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

16:10 72
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 248
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 111
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 218
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 254
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 260
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 152
.