Plastik düyü mifdir? Həqiqətlər və evdə yoxlama üsulları
"Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsizdir. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalı xərclərindən daha yüksəkdir. Belə olan halda heç bir istehsalçı baha başa gələn məhsulu ucuz qiymətə satışa çıxarmaz. Saxtakarlıq isə adətən daha ucuz materiallardan istifadə ilə həyata keçirilir.
Plastik polimerlər bişirildikdə suyu udaraq şişmir. Əksinə, müəyyən temperaturda əriyərək yapışqan kütləyə çevrilir. Əgər düyü qazanda bişirsə, bu, onun bitki mənşəli nişastadan ibarət olduğunu göstərir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, "Bişmir" kimi təsvir olunan düyülər isə adətən yüksək amiloza tərkibli uzun dənəli sortlardır. Amiloza düyünün dən-dən qalmasını təmin edir və onun daha gec yumşalmasına səbəb olur:
"Evdə sadə testlər də aparmaq mümkündür. Məsələn, bir qaşıq düyünü suya atdıqda təbii düyü sudan ağır olduğu üçün dibə çökməlidir. Səthdə qalan dənələr isə adətən zədələnmiş və ya keyfiyyətsiz olur.
Digər üsul kimi, bir neçə dənəni od üzərində yandırmaq olar. Plastik yandıqda qara tüstü və kəskin kimyəvi qoxu verir. Təbii düyü isə qovrulmuş çörək və ya popkorn qoxusu verərək kömürləşir.
Qidanın dadındakı dəyişiklik isə saxtakarlıqla deyil, istehsal zəncirindəki dəyişikliklərlə bağlıdır. Müasir kənd təsərrüfatında toxumlar daha çox məhsuldarlıq və daşınmaya davamlılıq üçün seçilir, bu isə dad keyfiyyətinə təsir göstərir. Bundan əlavə, intensiv əkinçilik torpaqdakı mineralları tükəndirir. Bitki lazımi mineralları almadıqda, onun tərkibindəki aromatik birləşmələr tam formalaşmır.
Eyni hal meyvə və tərəvəzlərdə də müşahidə olunur. Uzaq məsafələrə daşınma üçün məhsullar çox vaxt kal yığılır və anbarlarda etilen qazı ilə süni şəkildə yetişdirilir. Günəş altında təbii yetişmə baş vermədiyi üçün şəkər-turşu balansı pozulur. Bu səbəbdən mövsümi olmayan pomidorların dadı yay aylarındakı məhsullardan fərqlənir.
Düyünü bişirməzdən əvvəl mütləq soyuq suda şəffaflaşana qədər yumaq lazımdır. Bu, səthdəki artıq nişastanı və saxlanma zamanı yaranan tozları təmizləyir. Həmçinin düyü quru və sərin yerdə saxlanılmalıdır.
Bişmiş düyünü isə otaq temperaturunda 2 saatdan artıq saxlamaq məsləhət deyil. Bu şəraitdə Bacillus cereus kimi bakteriyalar inkişaf edərək toksin ifraz edə bilər ki, bu da ciddi qida zəhərlənməsinə səbəb olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 880 Tarix: 17 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYəməndə ölən və yaralananların sayı 1500-ü keçdi
Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü
10:08 170 Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy
12:39 145 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
16:10 72 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 248 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 111 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 218 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 254 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 260 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 152