Saqqız çeynəmək zərərlidirmi? Həqiqətlər və miflər - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Saqqız çeynəmək zərərlidirmi? Həqiqətlər və miflər - QİDA EKSPERTİNDƏN AÇIQLAMAGündəlik həyatda bir çox insanın vərdişinə çevrilən saqqız çeynəmək bəzən faydalı, bəzən isə zərərli təsirləri ilə müzakirə olunur. Xüsusilə ağız qoxusunun aradan qaldırılması və dişlərin təmiz qalmasına kömək etməsi ilə tanınan saqqızın tərkibindəki maddələrin orqanizmə təsiri isə hər kəsi düşündürür. Bəs saqqız həqiqətən zərərlidirmi, yoxsa doğru istifadə edildikdə faydalı ola bilər?
Saqqız çeynəmək zərərlidirmi? Həqiqətlər və miflər - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, saqqızı demək olar kiçikdən böyüyən əksəriyyət istifadə edir. Nəzərə almalıyıq ki, saqqız qida kimi doymaq üçün deyil. Onun sözlərinə görə, daha çox ağızda qısa müddətlik rahatlıq yaratmaq üçün istifadə olunan köməkçi məhsuldur: "Saqqızın əsas hissəsi "saqqız bazası"dır. Keçmişdə bu baza ağac qatranlarından hazırlanırdı. İndi isə çox vaxt qida üçün icazəli polimer materiallardan hazırlanır. Bu materiallar tüpürcəkdə parçalanmır. Ona görə saqqız elastikliyini uzun müddət saxlayır. Buradan "plastik çeynəyirik, deməli zəhərlənirik" kimi bir nəticə çıxarmaq düzgün deyil. Risk sualı adətən bazadan yox, məhsula əlavə olunan bəzi qatqılardan və fərdi həssaslıqlardan meydana gəlir.

Ən çox müzakirə olunan mövzulardan biri antioksidant qatqılardır. BHA (E320) və BHT (E321) kimi maddələr texnoloji baxımdan məhsulun xarab olmasının qarşısını almaq üçün istifadə oluna bilər. Bu maddələr barədə elmi ədəbiyyatda müxtəlif nəticələr var. Bəzi laborator tədqiqatlarında potensial bioloji təsirlər müzakirə edilir. Bu maddələr tənzimləyici qurumlar tərəfindən qiymətləndirilir, istifadə limitləri var və həssas yanaşmaq istəyən istehlakçı etiketdə onları görüb alternativi seçə bilər.

Titan dioksid (E171) məsələsi isə daha konkretdir. Avropa Qida Təhlükəsizliyi Qurumu 2021-ci ildə E171-in genotoksiklik riskini tam istisna etmək olmadığını bildirib və bunun ardınca Avropa İttifaqında qida əlavəsi kimi istifadəsi dayandırılıb. Bu o demək deyil ki, dünyanın hər yerində eyni yanaşma var. Amma Avropanın qərarı istehlakçının sual verməsi üçün kifayət qədər ciddi siqnaldır. Etiketdə E171 görürsünüzsə, daha sadə alternativ tapmaq mümkündür.

Rəngləndiricilər və uşaqlarda davranış mövzusu da tez-tez yanlış başa düşülür. Burada məsələ "rəngli saqqız hiperaktivlik yaradır" kimi qəti hökm deyil. Elmi qiymətləndirmələr göstərir ki, bəzi süni boyaların bəzi uşaqlarda diqqət və davranışa təsir ehtimalı müzakirə oluna bilər. Amma bu təsir hamıda deyil. Səbəb-nəticə əlaqəsi çox faktordan asılıdır. Əgər uşaq müəyyən məhsullardan sonra daha həssas görünürsə, sadə tərkibli, rəngsiz variantlara keçmək məntiqli seçim ola bilər.

"Şəkərsiz saqqız" mövzusunda da eyni qayda işləyir. Hamıya eyni təsir yoxdur. Şəkərin yerinə aspartam (E951), asesulfam-K kimi şirinləşdiricilər istifadə edilə bilər. Aspartamla bağlı maraqlı məqam budur ki, bəzi insanlarda, xüsusən baş ağrısına və miqrenə meyilli şəxslərdə, baş ağrısını artıra bildiyini göstərən tədqiqatlar var. Digər tərəfdən, ksilitol (xylitol) tərkibli saqqızlar diş sağlamlığı baxımından daha müsbət reputasiyaya malikdir. Kariyeslə əlaqəli bakteriyaların aktivliyini azaltmağa və tüpürcək axınını artırmağa kömək edə bilir. Yenə də bu diş fırçasını əvəz etmir. Sadəcə daha ağıllı seçim ola bilər.

Halallıq və mənşə məsələsi real və haqlı narahatlıqdır. Qliserin (E422), jelatin və bəzi emulqatorlar bitki mənşəli də, heyvan mənşəli də ola bilər. Etiketdə mənşə aydın yazılmırsa, halal sertifikatı olan və ya istehsalçısı tərkib mənbəyini açıq göstərən məhsullar daha rahat seçimdir. Bu, təkcə dini yox, etik istehlak məsələsidir.

Saqqızın ən praktik işi yeməkdən sonra tüpürcək ifrazını artırmaqdır. Tüpürcək ağızdakı turş mühiti tamponlayır və diş minasının bərpasına şərait yaradır. Bu effekt üçün adətən uzun-uzadı saatlarla çeynəməyə ehtiyac yoxdur. Bunun üçün 10-15 dəqiqəlik müddət tamamilə kifayətdir. Digər tərəfdən çox uzun çeynəmə bəzi insanlarda çənə oynağında narahatlıq yarada, bəzilərində mədə turşuluğu ilə bağlı şikayətləri artıra bilər. Burada ən sağlam yanaşma öz bədənimizin reaksiyasını izləməkdir.

Bir istehlakçı üçün əsas məqam etiketə baxmaqdır. Tərkibi nə qədər qısa və aydın olsa bir o qədər yaxşıdır. Tərkibində Titan dioksid (E171) və BHA (E320) olmayan məhsulları seçsək yaxşı olar. Alternativ çoxdur. Baş ağrısı, mədə narahatlığı, uşaqlarda həddən artıq hərəkətlilik hiss edirsinizsə, məhsulu dəyişmək, ya istifadə tezliyini azaltmaq məntiqli addımdır. Mümkün qədər rəngsiz və sadə saqqızlara üstünlük versək yaxşı olar. Az yaşlı uşaqların saqqızı udma riski və tərkibindəki kimyəvi maddələrin inkişafda olan orqanizmə təsiri nəzərə alınmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1682   Tarix: 17 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 170
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 145
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər

16:10 72
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 248
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 111
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 218
.

Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı

Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq

02.10.2026 254
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 260
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 152
.