Fişinq hücumları artır: vətəndaşlar necə aldadılır?
"Onlayn oğurluq hallarının artmasının əsas səbəbi təkcə qanunvericilik və cərimələrlə bağlı deyil. Cərimələrin sərtləşdirilməsi müəyyən rol oynasa da, kiberdələduzluğun kökündə daha çox insan faktoru dayanır. Yəni əksər hallarda sistemlər sındırılmır, insanlar aldadılır".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, son illərdə rəqəmsal xidmətlərin və onlayn ödənişlərin sürətlə yayılması da bu halların artmasına şərait yaradır. Mobil bank tətbiqlərindən, onlayn alış-veriş platformalarından və sosial şəbəkələrdən geniş istifadə kiberdələduzlar üçün daha böyük hədəf auditoriyası formalaşdırır:
"Dələduzlar əsasən fişinq mesajları, saxta kampaniyalar, investisiya vədləri və bank adı ilə göndərilən saxta linklər vasitəsilə istifadəçiləri şəxsi məlumatlarını paylaşmağa sövq edirlər.
Digər əsas üsul isə sosial mühəndislik adlanan yanaşmadır. Bu halda kiberdələduzlar texniki sistemlərə hücum etmək əvəzinə insan psixologiyasından istifadə edirlər. "Hesabınız bloklanacaq", "kartınıza pul köçürülüb" və ya "kampaniyada qalib oldunuz" kimi mesajlarla istifadəçilərdə tələskənlik və panika yaradılır. Bu vəziyyətdə insanlar təhlükəsizlik qaydalarını daha asan unudur.
Bəzi hallarda isə vətəndaşlar kart məlumatlarının həssaslığını tam dərk etmirlər. Kartın arxasındakı CVV kodu və telefona gələn SMS təsdiq kodu faktiki olaraq hesabın açarı rolunu oynayır. Bu məlumatların paylaşılması isə dələduzlara əməliyyat aparmaq imkanı yaradır.
Bu halların qarşısının alınmasında ən vacib amil maarifləndirmədir. Vətəndaşlar bilməlidir ki, bank əməkdaşları telefon vasitəsilə kart məlumatlarını və ya SMS təsdiq kodlarını heç vaxt tələb etmir. Eyni zamanda şübhəli linklərə daxil olmamaq, tanımadıq şəxslərlə maliyyə məlumatlarını paylaşmamaq və hər hansı mesaj qarşısında tələskən qərar verməmək əsas təhlükəsizlik qaydaları hesab olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 810 Tarix: 17 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYəməndə ölən və yaralananların sayı 1500-ü keçdi
Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü
10:08 170 Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy
12:39 145 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə həyat sığortası növlər
16:10 72 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 248 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 111 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 218 Avropada həyəcan siqnalı: 2026-cı ilin yayı rekordlarla yadda qaldı
Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq
02.10.2026 254 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 260 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 152