Quru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...

Quru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır. Mövcud şəraitdə həm təhlükəsizlik, həm də insan amili arasında balansın necə qorunacağı əsas müzakirə mövzularından birinə çevrilib. Bəs hazırkı vəziyyətdə ikili vətəndaşlığı olan şəxslər üçün hər hansı güzəştlərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu məsələ kifayət qədər həssasdır və uzun müddətdir davam edən məhdudiyyətlər cəmiyyətdə fərqli yanaşmaların formalaşmasına səbəb olub.

"Quru sərhədlərin artıq 6 ilə yaxındır bağlı qalması fonunda "niyə açılmır?" sualı ətrafında müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, regionda baş verən hadisələr, o cümlədən ABŞ-İran münasibətlərindəki gərginlik fonunda sərhədlərin bağlı qalma müddətinin daha da uzanacağı real görünür".

Ekspert qeyd edib ki, ikili vətəndaşlığı olan şəxslərlə bağlı müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun ola bilər:

"Ən azından həmin şəxslərin vətəndaşı olduqları ikinci ölkəyə gediş-gəlişləri müəyyən şərtlər daxilində təmin olunmalıdır. Müəyyən öhdəliklər əsasında həyata keçirilməsi mümkündür. Məsələn, onların yalnız bir istiqamətdə hərəkəti ilə bağlı qaydalar tətbiq oluna bilər. İkili vətəndaşlığı olan şəxslərin əksəriyyəti digər ölkədə işləyir, ailə həyatı qurub və sosial bağlara malikdir. Bu amillər nəzərə alınmalıdır. Çünki bu məsələ yalnız fərdi deyil, eyni zamanda iqtisadi və sosial sahələrə də təsir göstərir".

Siyasi şərhçi hesab edir ki, regionda gərginlik, xüsusilə İranla bağlı vəziyyət sabitləşdikdən sonra bu istiqamətdə müəyyən addımların atılması zərurəti yarana bilər:

"Ümumilikdə quru sərhədlərin açılması məsələsinə gəldikdə isə, bu proses birdəfəlik deyil, mərhələli şəkildə həyata keçirilməlidir. Dövlət bu istiqamətdə uyğun qərarlar qəbul edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1149   Tarix: 19 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 228
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

14:26 102
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 234
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 240
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 275
.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

02.10.2026 281
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

10:21 179
.

"Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər" - Video

"Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbayca

11:21 148
.

İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

13:19 126
.