Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTOBu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-50-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-79-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTOHeydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkidə səslərin 76.1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin "Lenin" ordeni ilə, "Qırmızı Ulduz" ordeni və çox sayda medalla təltif edilib, iki dəfə "Sosialist Əməyi Qəhrəmanı" adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı sərəncamla Azərbaycanda 2023-cü il "Heydər Əliyev İli" elan edilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTOoxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 456   Tarix: 10 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yevlaxda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təntənəli tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

02.07.2026 190
.

Sea Breeze Marina Village-də "Mamounia Marina" Restoranı Fəaliyyətə Başladı

Xəzər sahilinin ən prestijli məkanlarından biri olan Sea Breeze Marina Village yeni gastronomik ünvanla zənginləşib. Mərakeş üslubu, Şərq qonaqpərvərliyi və müasir rahatlığı bir araya gətirən Mamounia Marina restoranı qonaqlarının istifadəsinə verilib. Restoran özünəməxsus konsepti, zərif interyeri v

02.07.2026 245
.

Əri onun aldığı pendirdən zəhərlənib öldü - Firmadan təzminat TƏLƏBİ

Böyük Britaniyada bir qadın sevgililər günündə həyat yoldaşına hədiyyə etdiyi pendirin onun ölümünə səbəb olduğunu iddia edərək istehsalçı şirkətə qarşı 200 min funt sterlinqdən çox məbləğdə təzminat iddiası qaldırıb. xarici mediaya istinadla xəbər verir ki, iddiaya görə, Karina Parksın həyat yoldaş

02.07.2026 1
.

"Bizim dünya səviyyəli oyunçumuz yoxdur" - Kroos Almaniya millisini darmadağın etdi

"Real", "Bavariya" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi sözlərini cilovlamayıb və Bundestimin Dünya çempionatını niyə erkən tərk etdiyini dürüst şəkildə izah edib:. "Hazırda dünya səviyyəli bir dənə də olsun oyunçumuz yoxdur. Bəli, dünya səviyyəli potensiala malik oyunçularımı

02.07.2026 18
.

Dəniz niyə hər il can alır? - "Qaydaları pozanlar cərimələnsin"

Qış fəslində dəm qazları can aldığı kimi yayda bu yeri çimərliklər tutur. Hər il onlarla insan dənizdə, göldə, çayda, arxda və kanallarda boğulur, dünyasını dəyişir. Bəs görəsən, bu faciələrin sayı niyə azalmır? Boğulmanın əsas səbəbləri nədir? Ümumiyyətlə, bu halların qarşısını almaq üçün hansı qabaqlayıc

02.07.2026 91
.

Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib

Sumqayıt şəhərində yerləşən "Liman Klinikası" qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə belə qərar qəbul edib. İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə "Liman Klinikası"nda cərrah Əfqa

02.07.2026 304
.

Metroya yaxın mənzillərin kirayəsi niyə sürətlə bahalaşır?

"Son illərdə kirayə mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri keyfiyyətli və tam təmirli mənzillərə tələbatın təklifi üstələməsidir. Xüsusilə metro stansiyalarının yaxınlığında yerləşən yeni tikililərdə kirayə üçün boş mənzillərin sayı məhduddur ki, bu da qiymətlərin yüksəlməsin

02.07.2026 190
.

Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu

Şair Nazilə Səfərli evində köməkçi kimi filippinli qadın çalışdırdığı üçün tənqid olunub. Axşam.az xəbər verir ki, Nazilə bir aydır ev işlərini həmin xanıma gördürdüyünü bildirib. Tənqidlərə cavab verən şair onunla daha rahat olduğunu deyib:. "Xoşuma gəlir. Elə bil evdə dili var, ağzı yox bir gəli

02.07.2026 351
.

Dünyanın ən təmiz çimərlikləri haradadır? (SİYAHI)

İspaniya ardıcıl ikinci il "Blue Flag" ("Mavi bayraq") ekoloji sertifikatına layiq görülən çimərliklərin sayına görə dünya lideri olub. Qaynarinfo xəbər verir ki, bu barədə "Conde Nast Traveler" nəşri məlumat yayıb. "Blue Flag" sertifikatı yalnız təmiz suya v

02.07.2026 1
.

TOP MP3