Onlayn oğurluqlar niyə artır? - Əsas səbəblər açıqlandı

Onlayn oğurluqlar niyə artır? - Əsas səbəblər açıqlandı"Onlayn oğurluq hallarının artmasının əsas səbəbi yalnız qanunvericilik və ya cərimələrin zəifliyi deyil. Cərimələrin sərtləşdirilməsi vacib olsa da, kiberdələduzluq əksər hallarda texniki sistemlərin sındırılması ilə deyil, insan faktorundan istifadə etməklə həyata keçirilir. Yəni dələduzlar sistemləri deyil, insanları aldadır".

Bunu BiG.AZ-a açıqlamasında İKT mütəxəssisi Elvin Həsənov bildirib.

O, qeyd edib ki, rəqəmsal xidmətlərin və onlayn ödənişlərin geniş yayılması da bu halların artmasına səbəb olub. İnsanlar mobil bank tətbiqlərindən, onlayn alış-veriş platformalarından və sosial şəbəkələrdən daha çox istifadə etdikcə, dələduzlar üçün də hədəf kütlə genişlənir. Onlar fişinq mesajları, saxta kampaniyalar, investisiya vədləri və ya bank adından göndərilən linklərlə insanları şəxsi məlumatlarını paylaşmağa sövq edirlər:

"Burada əsas rol sosial mühəndislik üsullarına məxsusdur. "Kartınız bloklanacaq", "hesabınıza pul köçürülüb" və ya "kampaniyada qalib oldunuz" kimi mesajlarla insanlarda panika və ya maraq yaradılır. Bu vəziyyətdə insanlar təhlükəsizlik qaydalarını daha tez unudur.

Bir çox insan isə kart məlumatlarının nə qədər həssas olduğunu tam dərk etmir. Kartın arxa hissəsindəki CVV kodu və telefona gələn SMS təsdiq kodu hesabın əsas açarı sayılır. Bu məlumatların paylaşılması dələduzların əməliyyat aparmasını asanlaşdırır.

Mütəxəssislərə görə, belə halların qarşısını almağın ən effektiv yolu maarifləndirmədir. Vətəndaşlar bilməlidir ki, bank əməkdaşları telefon vasitəsilə kart məlumatlarını və ya SMS kodunu istəmir. Şübhəli linklərə daxil olmamaq, maliyyə məlumatlarını tanımadığınız şəxslərlə paylaşmamaq və tələsik qərar verməmək əsas təhlükəsizlik qaydalarıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

19:15 1
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 121
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 194
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

18:30 1
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 306
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 162
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 177
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 149
.