"44 günlük müharibədə silah-sursatı İranın hava məkanı ilə alırdıq" - Köçəryanın İranla bağlı ETİRAFLARI

"44 günlük müharibədə silah-sursatı İranın hava məkanı ilə alırdıq" - Köçəryanın İranla bağlı ETİRAFLARIİyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Seçki ərəfəsi Ermənistanda revanşist qüvvələr də baş qaldırmaqdadır.

Məlum məsələdir ki, onlara Rusiya havadarlıq edir. Elə ən əsası Robert Köçəryana... Bunların hamısı məxsusi olaraq hazırlanmış şəxslərdir. İndi də Karapetyan, eyni zamanda Çarukyan Köçəryana dəstək verirlər, onları hakimiyyətə daşımaq istəyirlər ki, öz ideyalarını həyata keçirsinlər.

Köçəryan itirdiyi hakimiyyəti yenidən qazanmaq üçün dəridən-qabıqdan çıxır. Suya düşmüş xəyallarını bərpa etmək üçün sərsəm bəyanatlar səsləndirir. Lakin o, bəyanatlarında bəzi acı gerçəkləri də etiraf edir.

Köçəryan deyir: "Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır - bir neçə ton metal. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan necə idxal etməli, Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm. 44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi. İndi İran ətrafında baş verənlər vəziyyəti dəyişib. Bu isə o deməkdir ki, artıq İranın hava məkanı da NATO üzvü olan Fransadan gələn yüklər üçün bağlanacaq".

Köçəryan açıq şəkildə bildirir ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün yalnız bir ölkə - İran öz hava məkanını veribmiş. İndi isə İran ətrafında gedən hadisələrə görə bu yol da bağlı olacaq.

Köçəryan bir daha müharibə istədiyini bəyan edir, 44 günlük müharibədə və ondan əvvəlki dövrlərdə erməni hərbi cinayətlərinə ortaq olan dövlətin adını çəkir, məhz İran vasitəsilə Ermənistana silah-sursat daşındığını etiraf edir, bu gün isə o imkanların olmadığından şikayətlənir.

44 günlük müharibə zamanı İranın mövqeyinə dair daha bir faktı uzun illər İranla yaxşı münasibətləri olmuş Köçəryanın öz dilindən eşidirik. Açıq mətnlə söyləyir ki, yeganə silah yolumuz İran idi. Bu fakt uzun illər Azərbaycana qarşı davam edən işğalçı Ermənistanın İrandan aldığı dəstəyin göstəricisidir.

Əslində Köçəryanın İranla yaxın münasibətlərinin olması bizə çoxdan məlumdur. Yəni İranın Ermənistana göstərdiyi hərbi və siyasi dəstəyi haqda Köçəryandan yaxşı bilən ikinci şəxs yoxdur.

Hətta onun İrana eks-prezident kimi səfər etməsi bizim yaddaşımızdan silinməyib.

Belə ki, Köçəryan 26 dekabr 2001-ci il və 5 iyul 2006-cı illərdə Ermənistan prezidenti kimi İrana səfər etməklə yanaşı, 2010-cu ildə prezident postundan gedəndən sonra çox qəribə bir statusda - "Ermənistanın eks-prezidenti" kimi İrana gedib, İran prezidenti və XİN başçısı ilə görüşüb.

İranın 44 günlük müharibə zamanı Zəngilanda ordumuzun hərəkətinə imkan verməmək üçün maneələr yaratdığı məlum idi. İndi Köçəryanın verdiyi açıqlamadan bir daha aydın olur ki, İran silah-sursat daşıması üçün də öz hava məkanının Ermənistanın ixtiyarına veribmiş...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

19:15 1
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 121
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 194
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

18:30 1
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 306
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 162
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 177
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 149
.