Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir

Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşirMayın 8-də "Asia Pacific Report" saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.

Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı təşkilat tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.

Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyən edəcək. Bu baxımdan proses Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edilib ki, BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən cari ildə Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edilib. Bəyanatda Komitə, Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını ifadə edərək qeyd edib ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçkilər ərəfəsində adadakı Fransa hökumətinin "5-ci kolon"u sayılan loyalislər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edib. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da Kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.

Qeyd edək ki, 2019-cu ildə keçirilmiş son əyalət seçkilərindən sonra, 2024-cü ilə planlaşdırılan növbəti seçkilər üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkilərin ən geci 28 iyun 2026-cı ilədək keçirilməli olduğunu bəyan edib. Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, seçkilər əslində Yeni Kaledoniyanın siyasi gələcəyi və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 515   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

19:15 1
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 121
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 194
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

18:30 1
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 306
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 162
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 177
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 149
.