ABŞ və Avropada Kredit 3-4%, Azərbaycanda isə 14% - Fərqin Səbəbi Nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ və Avropanın bir çox ölkəsində kredit faizlərinin illik 3-4 faiz civarında olması fonunda Azərbaycanda bank kreditlərinin 10-14 faiz arasında dəyişməsi diqqət çəkən iqtisadi məsələlərdən biri olaraq qalır. Xüsusilə istehlak və sahibkarlıq kreditləri üzrə yüksək faiz dərəcələri vətəndaşların maliyyə yükünü artırmaqla yanaşı, biznesin inkişaf imkanlarına da təsir göstərir.
İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda kreditlərin daha baha olması bank sektorunun xüsusiyyətləri, maliyyə bazarındakı risklər və iqtisadi amillərlə əlaqələndirilir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda kredit faizlərini aşağı salmaq üçün ilk növbədə inflyasiya sabit və aşağı səviyyədə saxlanmalıdır. Onun sözlərinə görə, qiymətlər sürətlə artanda banklar riskləri nəzərə alaraq faizləri yüksəldirlər: "Mərkəzi Bankın pul siyasətinin sabit və proqnozlaşdırıla bilən olması da vacibdir.
Bank sektorunda rəqabətin artması faizlərin enməsinə kömək edə bilər. Bazarda daha çox güclü və etibarlı bank fəaliyyət göstərdikcə müştəri cəlb etmək üçün daha sərfəli kredit şərtləri təqdim olunur.
Əhalinin gəlirlərinin və rəsmi məşğulluğun artması da mühüm amildir. İnsanların gəliri stabil olduqda kreditlərin geri qaytarılma riski azalır və banklar daha aşağı faiz təklif edə bilir.
Problemli kreditlərin azalması bankların xərclərini və risklərini aşağı salır. Bunun üçün məhkəmə sistemi, girov mexanizmləri və kredit tarixçəsi sistemi daha effektiv işləməlidir.
Uzunmüddətli və ucuz maliyyə mənbələrinin artırılması da vacibdir. Əgər banklar xaricdən və ya daxili bazardan daha aşağı faizlə vəsait cəlb edə bilsələr, kreditləri də daha ucuz verə bilərlər.
Maliyyə savadlılığının yüksəlməsi və kölgə iqtisadiyyatının azalması da kredit bazarına müsbət təsir edir. Şəffaf iqtisadiyyat banklara riskləri daha düzgün qiymətləndirməyə imkan verir və bu da faizlərin azalmasına şərait yaradır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 531 Tarix: 13 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi
Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin
19:15 1 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
16:28 121 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 194 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
17:03 100 Yaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
18:30 1 Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
12:05 306 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
14:49 162 FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib
12:30 177 "Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib
"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel
11:15 149