Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illərdə dieta saxlamaq bir çox insan üçün gündəlik həyat tərzinə çevrilib. Xüsusilə sürətli arıqlama istəyənlər arasında çörək və ət məhsullarının birdən-birə rasiondan çıxarılması geniş yayılıb. Sosial şəbəkələrdə və müxtəlif mənbələrdə yayılan "tez nəticə" vədləri isə insanların qidalanmaya daha radikal yanaşmasına səbəb olur. Lakin belə kəskin dəyişikliklərin həqiqətən nə dərəcədə düzgün olduğu sual doğurur.

Bir çox hallarda qida rasionunun əsas komponentlərinin tamamilə çıxarılması balansın pozulmasına gətirib çıxara bilər və bu da uzunmüddətli nəticələr baxımından müzakirə mövzusudur. Bu səbəbdən son vaxtlar müzakirələr daha çox ondan ibarətdir ki, dieta "qadağalar sistemi" yox, daha çox düzgün qidalanma vərdişlərinin formalaşdırılması kimi başa düşülməlidir.
Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, arıqlamaq üçün müraciət edənlərə bir çox dietoloqların verdiyi əzbər məsləhətlər var. Çörəyi kəs, əti dayandır çəkin azalacaq. Onun sözlərinə görə, amma məsələ bir qədər mürəkkəbdir: "Çörək və ət qruplarının qida rasionundan tamamilə çıxarılması, orqanizmin biokimyəvi tarazlığını pozan, əzələ itkisinə və mikroelement çatışmazlığına səbəb olan radikal bir yanaşmadır. Problem çox vaxt konkret məhsulda deyil. Onun miqdarında və ümumi qidalanma balansındadır. İlk olaraq çörəkdən başlayaq. Çörək orqanizm üçün əsas enerji mənbələrindən biri olan karbohidrat verir. Tamamilə çörəyi çıxarmaq bəzi insanlarda qısa müddətdə çəki azalmasına səbəb ola bilər. Çünki gündəlik kalori miqdarı azalır. Amma bu hər kəs üçün davamlı və sağlam nəticə vermir.

Əgər çörəyi tam kəsiriksə, xüsusilə də digər karbohidrat mənbələrini də azaldırıqsa, bir müddət sonra bizdə halsızlıq, tez yorulma, diqqət dağınıqlığı, əsəbilik kimi hallar yarana bilər. Çünki beyin əsas enerji mənbəyi kimi qlükozadan istifadə edir. Burada söhbət şəkərdən getmir. Ümumi karbohidrat balansından gedir.

Digər tərəfdən, bütün çörəklər də eyni deyil. Ağ undan hazırlanmış, çox emal olunmuş çörəklərlə tam taxıllı, ya çovdar çörəyi arasında fərq var. Lifli çörəklər daha uzun toxluq hissi verə bilir. Həmçinin qan şəkərinin daha sabit qalmasına kömək edir.

Ətlə bağlı deyə bilərəm ki, burada da tamamilə dayandırmaq düzgün yanaşma deyil. Ət yüksək keyfiyyətli zülal, dəmir, B12 vitamini və sink mənbəyidir. Xüsusilə B12 vitamini əsasən heyvani məhsullarda olur. Ət uzun müddət plansız şəkildə rasiondan çıxarılanda bəzi insanlarda dəmir çatışmazlığı, yorğunluq, əzələ itkisi və B12 defisiti yarana bilər. Bu o demək deyil ki, hər gün çox miqdarda qırmızı ət yemək lazımdır. Əksinə, hər zaman olduğu kimi balans vacibdir. Həddindən artıq işlənmiş ət məhsulları olan kolbasa, sosiska və oxşar məhsullar sağlam seçim deyil. Amma keyfiyyətli, normal porsiyada qəbul edilən ət bir çox insan üçün problem yaratmır.

Deyək ki, vegetarian qidalanmaya keçmək istəyirsiniz. Bu zaman rasion ciddi planlaşdırılmalıdır. Paxlalılar, yumurta, süd məhsulları, qoz-fındıq, digər alternativlər düzgün qurulmasa, qida çatışmazlığı riski artır.

Əslində çəki azaltmaqda əsas məsələ bir məhsuldan tamamilə imtina etmək deyil. Sağlam çəki atmaq istəyən hər birimiz bilməliyik ki, möcüzəvi bir qida yoxdur. Qadağalar üzərində qurulan dietalar müvəqqətidir. Daha vacib olan ümumi qidalanma davranışıdır. Bura porsiya ölçüsü, gündəlik hərəkətlilik, şəkərli və çox emal olunmuş məhsulların miqdarı, yuxu rejimi və davamlılıq daxildir. Əsas prinsip rəngli və balanslı boşqab modelidir. Boşqabınızın yarısı tərəvəz, dörddə biri keyfiyyətli protein olan ət, balıq, yumurta ola bilər. Digər dörddə biri isə mürəkkəb karbohidratlar olan tam taxıllı çörək, ya qarabaşaq olmalıdır.

Çörəyi rasionumuzdan tam çıxarıb arıqlaya bilərik. Başqa biri isə çörək yeyə-yeyə də çəki idarə edə bilər. Unutmayaq ki, orqanizm hamıda eyni reaksiya vermir. Ona görə də sərt qadağalardan çox, uzun müddət davam edə biləcəyimiz balanslı yanaşma daha real nəticə verir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1178   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

19:15 1
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 121
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 194
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

18:30 1
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 306
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 162
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 177
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 149
.