Merilin Monronun Kennedi üçün oxuduğu mahnı - Maraqlı faktlar

Merilin Monronun Kennedi üçün oxuduğu mahnı - Maraqlı faktlarMerilin Monronun "Happy Birthday" (Ad günün mübarək) mahnısını oxumaq üçün "Madison Square Garden" səhnəsinə çıxmasından bir neçə an əvvəl ağlından bu fikir keçmişdi: "Həyatımda edəcəyim son şey olsa belə, mən bu mahnını oxuyacağam".

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisanın 19 may 1962-ci ildə, Bob Makinin dizayn etdiyi demək olar ki, şəffaf libasda Con Kennedini təbrik etdiyi həmin məşhur gecəyə dair bu nadir sözlər, onun "Life" jurnalının redaktoru Riçard Merimanla apardığı səmimi müsahibədə yer alıb.

Hazırda bu materiallar "Marilyn: The Lost Photographs, The Last Interview" (Merilin: İtirilmiş fotoşəkillər, son müsahibə) adlı yeni kitabın əsasını təşkil edib və həmin kitabdan bəzi hissələr "PEOPLE" jurnalında dərc olunub.

"Zalda sükut hökm sürürdü", - Monro xatırlayırdı. "Ümumiyyətlə, nəsə deyə biləcəyimi düşünmürdüm. Mikrofonun önünə keçəndə sadəcə bircə nəfəs aldım və birdən düşündüm: yaxşı, başladıq".

Çıxışdan sonra Con Kennedi və onun qardaşı, baş prokuror Robert Kennedi ilə söhbət edərkən görülən aktrisa qeyd edirdi: "Mən əvvəllər baş prokurorla görüşmüşdüm, ona görə də tanış və gülümsəyən sima görmək xoş idi".

Monro tədbirə həmçinin keçmiş qayınatası İsdor Milleri - 1961-ci ildə boşandığı dramaturq Artur Millerin atasını da gətirmişdi. "O, Amerikaya immiqrant kimi gəlmişdi və mən bunun onun həyatındakı ən möhtəşəm hadisə olacağını düşündüm", - o qeyd edirdi. - "İstəyirdim ki, o, bunu öz nəvələrinə danışa bilsin".

Kino prodüseri Artur Krimanın evində təşkil olunan qəbulda da Monro yenidən Con Kennedi və Robert Kennedi ilə yan-yana əyləşmişdi.

Jurnalist Merimanla bir neçə görüşü əsnasında Monro şöhrət haqqında olduqca səmimi danışmışdı: "Səndən daim nələrisə tikə-tikə qoparıb alırlar".

Seks-simvol statusu haqqında isə o, bunları demişdi: "Əgər mənə bir simvol olmaq qismət olubsa, insanların bəzən çevrilmək istədiyi digər şeylərdənsə, seks-simvol olmağı üstün tutardım".

Müsahibə "Life" jurnalının 1962-ci il avqustun 3-dəki nömrəsində dərc olunub. Cəmi iki gün sonra, 5 avqust səhəri Merilin Monro öz yatağında ölü tapılıb. Ölüm səbəbi kimi "barbituratlarla kəskin zəhərlənmə" göstərilib. Rəsmi olaraq bu, "ehtimal olunan intihar" kimi qəbul edilsə də, onun ölümünün təfərrüatları bu günə qədər mübahisə və müxtəlif nəzəriyyələrin mövzusu olaraq qalır.

Onun 100 illik yubileyi ərəfəsində sözləri və fotoqraf Allan Qrantın çəkdiyi nadir fotolar Monronu çoxşaxəli bir şəxsiyyət kimi - ağıllı, ironik, ehtiyatlı və eyni zamanda həssas bir qadın kimi üzə çıxarır.

Fotoqraf sonralar xatırlayırdı: "O, gözlədiyimdən daha arıq və zərif idi. Gülümsəyirdi, lakin mən onda hər an üzə çıxmağa hazır olan bir qəm-qüssə hiss edirdim".

"Marilyn: The Lost Photographs, The Last Interview" adlı yeni kitab müsahibənin tam mətni və əvvəllər heç yerdə yayımlanmamış fotolarla birlikdə mayın 12-də satışa çıxarılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 545   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

19:15 1
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 121
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 194
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

18:30 1
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 306
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 162
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 177
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 149
.