Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - "The Central Asia-Caucasus Analyst"

Rusiya ləzgiləri taleyin ümidinə buraxdı - "The Central Asia-Caucasus Analyst"ABŞ-ın 2 nüfuzlu beyin mərkəzinin ("American Foreign Policy Council" və "Institute for Security and Development Policy") analitik məhsulu olan "The Central Asia-Caucasus Analyst" vebjurnalı Azərbaycanda və Rusiyada ləzgilərə münasibətə dair olduqca diqqətçəkən müqayisəli təhlil aparıb.

Lent.az xəbər verir ki, bu barədə "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyinin sədri Seyfəddin Hüseynli paylaşım edib.

O, paylaşımda qeyd edib ki, özlərini "ləzgi təəssübkeşi" kimi göstərən "fəal" personalar isə ortalıqda görünmür:

"Tədqiqatçılar - Laura Linderman və Lydia Savatsky ləzgilərin kompakt yaşadıqları Dağıstan və Azərbaycanın şimal bölgələrində son 150 ilin ən şiddətli yağış suları və daşqınların fəsadlarının aradan qaldırılmasında Rusiya və Azərbaycan dövlətlərinin davranışlarını qiymətləndiriblər. Belə qənaətə gəliblər ki, bu təbii fəlakət zamanı Rusiya Dağıstan ləzgilərini, sözün əsl mənasında, taleyin ümidinə buraxdı. Moskva onların daşqın sularında qərq olmasına göz yumdu. Təcili və təsirli tədbirlər görmək əvəzinə, sadəcə müxtəlif quru iclaslardan kadrlar tirajlayıb "iş gedir" görüntüsü yaratdı. Federal hökumət strukturları daşqının dəhşətli ziyan vurduğu Dağıstan ləzgilərinə vaxtında və real kömək etməklə yox, yardım imitasiyası ilə məşğul oldu.

Halbuki Azərbaycan dövləti heç bir etnik kökənə fərq qoymadan dərhal vətəndaşlarının köməyinə tələsdi, dövlət strukturları gecə-gündüz gücləndirilmiş rejimdə çalışdı. Yüzlərlə insan xilas edildi, zərər görmüş infrastrukturun və normal həyatın bərpası üçün dövlət böyük həcmdə vəsait ayırdı.

Bütün bunlar ləzgilərə Azərbaycanda və Rusiyada olan münasibətdəki köklü fərqi bir daha aşkar şəkildə ortaya qoydu!

Adları çəkilən tədqiqatçılar hesab edirlər ki, Dağıstanda daşqın suları çəkildikcə oradakı ləzgilər üçün daha çox məsələlər üzə çıxacaq.

Amma həmin təhlildə xeyli vacib mətləblərə toxunulsa da, əsas bir cəhət gözdən qaçırılıb: Dağıstan ləzgilərinin bu məşəqqətli günlərində bəs daim ləzgilərin hüquqlarından dəm vuran Rusiyadakı "fədakar" ictimai təşkilatlar hara yoxa çıxdılar?! Özlərini "ləzgi təəssübkeşi" kimi göstərən "fəal" personalar indi niyə o zavallı insanların halına biganə qaldılar?!

Demək, bu qədər imiş onların ləzgilərə "sevgisi və qayğısı"! Deməli, əslində onların öz növbəti çirkin oyunları, məkrli əməlləri üçün alət axtarmaqdan başqa niyyətləri yox imiş!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi

Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin

19:15 1
.

YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha

16:28 121
.

21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?

"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12:41 194
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 100
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

18:30 1
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 306
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

14:49 162
.

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. "Qafqazinfo" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib

12:30 177
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 149
.