"Müasir dövrdə urbanizasiya dünyanın qarşısında duran əsas çağırışlardan birinə çevrilib" - BƏHRUZ QULİYEV
"Azərbaycanda WUF 13 kimi mötəbər beynəlxalq forumun keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, geosiyasi çəkisinin və qlobal təşəbbüslərdə fəal iştirakının növbəti təsdiqidir. Bu forum təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda dövlətlərin dayanıqlı inkişaf strategiyalarının formalaşdırıldığı mühüm beynəlxalq dialoq məkanıdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert bildirib ki, müasir dövrdə urbanizasiya dünyanın qarşısında duran əsas çağırışlardan birinə çevrilib. Əhali artımı, iqlim dəyişiklikləri, nəqliyyat yükü, ekoloji təhlükəsizlik və sosial inklüzivlik kimi məsələlər artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. WUF 13 məhz bu baxımdan dövlətləri, beynəlxalq təşkilatları, ekspertləri və akademik dairələri vahid platformada bir araya gətirərək qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
"Hesab edirəm ki, Azərbaycanın belə bir forumun ev sahibi seçilməsi təsadüfi deyil. Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir şəhərsalma siyasəti, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış modelləri beynəlxalq səviyyədə maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi artıq təkcə regional deyil, beynəlxalq şəhərsalma təcrübəsi kimi də diqqətlə izlənilir.
Forum çərçivəsində yaşıl enerji, rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat sistemləri, ekoloji təhlükəsizlik və sosial rifah kimi məsələlərin müzakirəsi Azərbaycanın prioritetləri ilə də tam uzlaşır. Bu isə ölkəmizə həm öz təcrübəsini bölüşmək, həm də qabaqcıl beynəlxalq təcrübələri öyrənmək üçün əlavə imkanlar yaradır.
WUF 13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə, regionda lider dövlət kimi mövqeyinin güclənməsinə və yeni beynəlxalq tərəfdaşlıqların formalaşmasına ciddi töhfə verəcək. Eyni zamanda, bu forum ölkəmizin dayanıqlı inkişaf siyasətinin, müasir şəhərsalma modelinin və strateji baxışının beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də qlobal inkişaf gündəliyinin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir. WUF 13 isə bu reallığın növbəti beynəlxalq təsdiqi olacaq" - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 675 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
13:26 145 Aİ komissarının NATO-nun 5-ci maddəsi ilə bağlı sözləri etiraz doğurdu
NATO diplomatları Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andrius Kubiliusun Rusiyanın Avropadakı silah fabriklərinə mümkün hücumlarına cavab olaraq verdiyi açıqlamalardan narazılıqlarını bildiriblər. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Kubilius bildirib ki, Rusiyanı
10:49 137 Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili
11:31 289 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
12:41 191 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
17:12 66 Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə
11:38 204 "Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"
"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden
16:35 105 Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq dünyaya gətirdi
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə ilk məlumatı hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. "Mənə dedilər ki, Marneulidəki doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib. Mənbənin məlumatın
11:29 199 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
17:08 65