Şamil Ayrım: Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir
Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım deyib.
Onun sözlərinə görə, hazırda enerji təhlükəsizliyi və təminatı bölgə üçün mühüm əhəmiyyət kəsb edir, bu baxımdan Azərbaycanın üzərinə düşən rol çox böyükdür.
Millət vəkili həmçinin bildirib ki, Türkiyə və Azərbaycanın artıq "bir millət, iki dövlət" anlayışından da irəli gələrək böyük bir ailəyə çevrilib:
"Cənubi Qafqazda artıq davamlı sülhün yaxınlaşdığı müşahidə olunur. Hər iki ölkə bölgədə qalıcı sülh üçün mühüm səylərini əsirgəmir. Bu gün dünya və bölgəmiz olduqca mürəkkəb bir dövrdən keçir. Bir tərəfdə İran-İsrail gərginliyi, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi davam edir. Bütün bu hadisələr fonunda bölgədə ön plana çıxan iki mühüm lider var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev. Hər iki lider öz xalqlarının gələcəyi, bölgənin sabitliyi və rifahı üçün mühüm işlər görür. Biz bütün bu səyləri dəstəkləyirik. İqtisadi çətinliklərə və dünyadakı müharibə şəraitinə baxmayaraq, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını istəyirik".
Ş.Ayrım eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsinə də toxunaraq bu yolun çox məşəqqətli keçdiyini də ifadə edib:
"Azərbaycan çox böyük çətinliklərdən keçdi. Biz də bunu hər zaman qəlbimizdə hiss etdik. Xüsusilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi hamımızda böyük coşqu yaratdı. Türkiyə və Azərbaycan xalqları arasındakı birlik, bərabərlik və qardaşlıq, həqiqətən də, dünyada bənzəri az olan bir bağdır. Türkiyədə heç bir xalqa Azərbaycana göstərilən sevgi qədər səmimi sevgi göstərilməyib. Bu qardaşlıq sayəsində Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 471 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"
"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki
17:45 55 "Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
15:25 143 "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır
17:29 90 "Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?
Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar
12:16 176 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
19:45 1 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
14:49 162 İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı
"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"
16:06 140 Yaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
18:30 1 Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?
Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar
19:00 1