"Demək olar ki, dünyanın əksər ölkələrində uşaqlı ailələrə dövlət dəstəyi mexanizmləri mövcuddur" - Akif Nəsirlidən SƏRT REAKSİYA

"Demək olar ki, dünyanın əksər ölkələrində uşaqlı ailələrə dövlət dəstəyi mexanizmləri mövcuddur" - Akif Nəsirlidən SƏRT REAKSİYAMilli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş rezonans doğurub. Deputatın "uşaqpulu valideynlərdə tənbəllik yarada bilər" fikri bir çox istifadəçi tərəfindən birmənalı qarşılanmayıb. Məsələ qısa müddətdə gündəmə çevrilərək müxtəlif platformalarda müzakirələrə səbəb olub. Bir tərəf dövlət dəstəyinin vacibliyini vurğulayarkən, digər tərəf isə sosial yardım mexanizmlərinin fərqli formada tətbiq edilməsinin daha doğru olduğunu düşünür.
"Demək olar ki, dünyanın əksər ölkələrində uşaqlı ailələrə dövlət dəstəyi mexanizmləri mövcuddur" - Akif Nəsirlidən SƏRT REAKSİYAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, dünən Günay Ağamalının ARB TV-də səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə ciddi rezonans doğurdu. Onun sözlərinə görə, əslində isə məsələ yeni deyil: "Azərbaycanda illərdir "uşaq pulu niyə verilmir?" sualı müzakirə olunur və cəmiyyətin böyük hissəsi hesab edir ki, bu məsələ artıq sosial siyasətin əsas mövzularından birinə çevrilməlidir.

Çünki demək olar ki, dünyanın əksər ölkələrində uşaqlı ailələrə dövlət dəstəyi mexanizmləri mövcuddur. Bəzi ölkələrdə bu birbaşa aylıq uşaq pulu formasında verilir, bəzi ölkələrdə isə vergi güzəştləri, sosial paketlər və ya xüsusi yardım proqramları ilə həyata keçirilir. Məqsəd isə sadədir: ailələrin yükünü azaltmaq, doğum səviyyəsini qorumaq və uşaqların sosial təminatını gücləndirmək.

Azərbaycanda isə hökumət uzun illərdir universal uşaq pulu modelinə isti yanaşmır. Bunun bir neçə əsas səbəbi var.

Ən vacib səbəb maliyyə yükü ilə bağlıdır. Universal uşaq pulu tətbiq edilərsə, dövlət büdcəsindən hər il milyardlarla manat əlavə vəsait tələb olunur. Hakimiyyət hesab edir ki, bu qədər böyük sosial öhdəlik uzunmüddətli perspektivdə büdcəyə ciddi təzyiq yarada bilər. Xüsusilə də neft gəlirlərinin əvvəlki kimi stabil və yüksək olmayacağı ehtimalı hökuməti daha ehtiyatlı davranmağa vadar edir.

Eyni zamanda, uşaq pulu ekə bir xərcdir ki, burada korrupsiyaya yer yoxdur, məmurlar buradan tikinti və digər investisiya xərckərındə olduğu kimi qara qazanc əldə edə bilməyəcəklər. Ona görə də uşaq pulunun verilməsinə qarşı məmur müqaviməti yüksəkdir.

Digər səbəb hökumətin sosial yardım modelinə yanaşmasıdır. Rəsmi mövqe ondan ibarətdir ki, yardım hamıya deyil, daha çox ehtiyacı olan ailələrə verilməlidir. Buna görə də hökumət ünvanlı sosial yardım mexanizmini universal uşaq pulundan üstün tutur. Yəni dövlət düşünür ki, yüksək gəlirli ailəyə də eyni məbləğdə uşaq pulu ödəmək səmərəli deyil.

Amma cəmiyyətdə bu arqumentlərlə razılaşmayanların sayı kifayət qədər çoxdur. Tənqidçilər hesab edir ki, Azərbaycanda inflyasiya, ərzaq qiymətlərinin artması, təhsil və səhiyyə xərclərinin yüksəlməsi ailələrin yükünü ciddi şəkildə artırıb. Xüsusilə orta gəlirli ailələr də artıq sosial təzyiq hiss edir və mövcud yardım mexanizmləri onları əhatə etmir.

Digər mühüm məqam demoqrafik məsələdir. Son illər Azərbaycanda doğum səviyyəsində azalma müşahidə olunur. Fikrimizcə, uşaq pulu yalnız sosial yardım deyil, həm də demoqrafik stimuldur. Çünki iqtisadi çətinliklər ailələrin ikinci və ya üçüncü uşaq qərarına birbaşa təsir edir.

Əslində burada əsas problem təkcə "uşaq pulu verilsin, ya yox" məsələsi deyil. Əsas məsələ dövlətin sosial siyasət prioritetlərinin necə müəyyənləşdirilməsidir. Cəmiyyətin bir hissəsi hesab edir ki, korrupsiya ilə müşaiyyət olunan böyük infrastruktur layihələrinə və digər sahələrə milyardlarla vəsait ayrıldığı halda uşaqlı ailələrə də daha sistemli dəstək vermək mümkündür.

Hakimiyyət isə görünür, hələlik daha ehtiyatlı fiskal siyasətə üstünlük verir və universal ödəniş modelinin gələcəkdə idarəolunmaz sosial öhdəliyə çevriləcəyindən çəkinir. Buna görə də mövzu hər dəfə yenidən gündəmə gəlir, geniş müzakirələr doğurur, amma praktik qərar mərhələsinə keçmir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident YAP-ın VIII Qurultayında - Foto

Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə nitq söyləyib

10:00 110
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 436
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 0
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 389
.

"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Yenilənib

"Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib ki, bir gün bel

11:15 94
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 612
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 753
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 407
.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 68
.