Saç Tökülməsi Ciddi Problemin Əlaməti Ola bilər - DERMATOLOQDAN AÇIQLAMA

Saç Tökülməsi Ciddi Problemin Əlaməti Ola bilər - DERMATOLOQDAN AÇIQLAMASon illərdə saç tökülməsi problemi həm gənclər, həm də orta yaşlı insanlar arasında geniş yayılmağa başlayıb. Gündəlik həyatın stressi, düzgün qidalanmama, hormonal dəyişikliklər və keyfiyyətsiz saç baxım məhsulları bu problemin əsas səbəbləri sırasında göstərilir.

Bir çox insan müxtəlif şampun və vasitələrdən istifadə etsə də, saç tökülməsinin qarşısını almaqda çətinlik çəkir. Bəs saç tökülməsi niyə baş verir, bunun qarşısını almaq mümkündürmü və hansı hallarda həkimə müraciət etmək lazımdır?

Mövzu ilə bağlı dermatoloq Aydın Şahmərdanov BiG.AZ-a açıqlamasında bildirdi ki, saç tökülməsi bəzi hallarda mövsümi xarakter daşısa da, uzun müddət davam edən və intensivləşən tökülmə artıq orqanizmdə müəyyən problemin göstəricisi ola bilər. Onun sözlərinə görə, İnsan gündə müəyyən sayda saç telini itirə bilər və bu normal hesab olunur: "Lakin saç seyrəlməsi gözlə görünəcək səviyyəyə çatırsa, bunun səbəbi araşdırılmalıdır. Stress, hormonal pozuntular, dəmir və vitamin çatışmazlığı, qeyri-sağlam qidalanma və yuxusuzluq saç tökülməsini artıran əsas amillərdəndir. İnsanlar çox vaxt problemi yalnız şampun dəyişməklə həll etməyə çalışırlar. Bazarda saç tökülməsinə qarşı çoxlu məhsullar var. Amma əsas səbəb daxildədirsə, təkcə kosmetik vasitələr qalıcı nəticə vermir.

Ona görə də saç tökülməsi uzun müddət davam edirsə, analizlər verilməli və mütəxəssis müayinəsi aparılmalıdır. Saçların tez-tez boyanması, yüksək temperaturla fen və düzləşdiricilərdən istifadə də saç köklərini zəiflədə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 713   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 392
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 763
.

ABŞ nüvə partlayışını simulyasiya edən təlim keçirdi

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası Nevada Sınaq Sahəsində nüvə partlayışını simulyasiya edən təlimlər keçirib. xəbər verir ki, bu barədə "TWZ" məlumat yayıb. Portal qeyd edir ki, yeraltı partlayışların aşkarlanması partlayıcı qurğunun yerləşdirilməsindən asılıdır. Aşkarlanması ə

10:59 117
.

Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab

Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl

01.10.2026 379
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 412
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 409
.

Diş çöpünün görünməyən təhlükəsi: Dişləri və diş ətlərini necə zədələyir?

Yeməkdən sonra taxta diş çöpündən istifadə etmək bir çox insan üçün adi vərdişdir. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Diş çöpünün iti ucları və taxtadan ayrılan xırda qırıntılar diş ətlərini zədələyərək iltihab və infeksiya riskini artır

12:06 121
.

Britaniyanın Aİ-yə qayıtmasının qiyməti açıqlanıb: ildə 5 milyard funt

Avropa İttifaqına (Aİ) tam şəkildə yenidən qoşulmaq istəyirsə, bu, ölkəyə ildə əlavə 5 milyard funt sterlinq (6,6 milyard dollar) xərc yarada bilər. xəbər verir ki, "Bloomberg" bu rəqəmləri keçmiş Baş nazir Keyr Starmerin administrasiyasında çalışmış Leyborist Partiyasının nümayəndələrinə istinadə

10:39 113
.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

12:05 135
.