Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər

Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlərArtıq skuter və velosipedlər gənclər üçün sadəcə əyləncə vasitəsi deyil, gündəlik həyat tərzinin ayrılmaz bir hissəsinə, tıxaclardan qurtulmaq və vaxta qənaət etmək üçün əsas alternativə çevrilib. Bu tendensiyanı dəstəkləmək məqsədilə ölkədə gənclər arasında mikromobilliyin təşviqi üçün yeni tədbirlər planı hazırlanır və yaxın aylarda ictimaiyyətə təqdim olunacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şöbə müdiri Elmira Abasova məlumat verib. Bəs hazırda bu sahədə mövcud vəziyyət necədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Tələb sürətlə artır

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, qurum tərəfindən mikromobillik infrastrukturunun inkişafı, şəhər konsepsiyası çərçivəsində zolaqlar şəbəkəsinin genişləndirilməsi və kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırıb. Artıq Bakıda, o cümlədən bəzi ali məktəblərin ətrafı da daxil olmaqla, 63,2 kilometr mikromobillik zolağı salınıb: "Görülən işlər çərçivəsində skuterlər üçün 1000, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuterlərin sayı 4161, velosipedlərin sayı isə 2200-dür. Statistik göstəricilər mikromobilliyə olan tələbatın sürətlə artdığını nümayiş etdirir. 2026-cı ilin ilk 4 ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 1 044 615 dəfə sifariş olunub və ümumilikdə 2 085 306 km məsafə qət edilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə sifariş sayında 1,5 dəfə, qət edilən məsafədə isə 1,1 dəfə artım qeydə alınıb. Cari ilin yanvar-aprel aylarında alternativ nəqliyyat növü kimi bu vasitələrdən istifadə edənlərin sayı 496 682 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur".

"İstifadəçilərimizin əksəriyyəti gənclərdir"

"APAR" velosiped və skuter kirayəsi şirkətinin direktoru Əli Əhmədlinin sözlərinə görə, son illər gənclər arasında mikromobilliyə maraq nəzərəçarpacaq dərəcədə artıb: "Velosiped və skuterlərdən artıq yalnız əyləncə vasitəsi kimi deyil, gündəlik hərəkət alternativi kimi də istifadə olunur. Universitetə, işə, müxtəlif tədbirlərə və şəhərdaxili qısa məsafələrə gedərkən gənclər daha praktik və çevik seçimlərə üstünlük verirlər. Bu baxımdan, mikromobillik tədricən gənclərin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilir. İstifadəçilərimizin böyük əksəriyyətini də məhz gənclər təşkil edir".

Ə.Əhmədlinin fikrincə, ən çox rastlaşdıqları problemlərdən biri düzgün parklanma qaydalarına riayət olunmamasıdır: "Bəzən vasitələrin parkinq zonasından kənarda saxlanılması və ya düzgün yerləşdirilməməsi piyadalar, avtomobillər və digər hərəkət iştirakçıları üçün ciddi maneə yaradır. Bundan əlavə, bəzi istifadəçilərin təhlükəsizlik qaydalarına kifayət qədər diqqət yetirməməsi də narahatlıq doğuran məsələlərdəndir".

"Müxtəlif kampaniyalar həyata keçirilir"

Ə.Əhmədlinin sözlərinə görə, istifadəçilərdən, xüsusilə də gənclərdən gələn təkliflər əsasən yeni parkinq zonalarının yaradılması, universitetlərin və ictimai məkanların yaxınlığında daha çox vasitənin yerləşdirilməsi ilə bağlı olur. Şikayətlər isə, bir qayda olaraq, pik saatlarda bəzi zonalarda vasitələrin tez tükənməsi və müəyyən ərazilərdə parkinq imkanlarının məhdudluğu ilə əlaqədardır.

Şirkət rəhbəri bildirdi ki, mövcud tələbatı və marağı nəzərə alaraq, gənclər üçün mütəmadi müxtəlif kampaniyalar həyata keçirilir: "Tələbələr və gənc istifadəçilər üçün endirimli abunə paketləri, xüsusi tariflər təklif edilir".

Qəzaların sayında ciddi azalma var

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də düşünür ki, mikromobillik artıq Bakıda reallıqdır və tam şəbəkələşib: "İllər üzrə istifadəçi sayı davamlı olaraq artır. Ötən illə müqayisə etdikdə builki artım dinamikasını aydın görmək mümkündür. Həm velosipedlərin, həm də skuterlərin icarə sayındakı göstəricilər bu reallığı təsdiqləyir. Ən populyar vasitələr elektroskuterlər və elektrovelosipedlərdir".

R.Ağamirzəyevin sözlərinə görə, gənclərin ən çox şikayət etdiyi məsələ bəzi yerlərdə infrastruktur boşluqlarının olmasıdır: "Yəni, şəbəkənin tam formalaşmaması və ya mikromobillik zolaqlarının onların yaşadıqları məntəqələrə qədər uzanmaması əsas problem kimi qabardılır. Şəbəkənin genişləndirilməsi vacibdir, lakin mövcud infrastrukturun qorunması, yəni zəbt edilməsi hallarına qarşı mübarizə daha prioritetdir. Paralel olaraq piyada səkiləri abadlaşdırılmalı və zebra keçidlərinin sayı artırılmalıdır. Yalnız bu halda mövcud xaotik hərəkəti nizama salmaq imkanı yaranacaq. Təbii ki, istifadəçi sayı artdıqca xaotik hərəkət edənlər də diqqət çəkir. Lakin faiz etibarilə yanaşsaq, son üç ildə mikromobillik zolaqları salındıqdan sonra qəzaların statistikasında ciddi və ya ölümlə nəticələnən hadisələrin olmaması çox müsbət haldır".

"Əgər tələbə multimodal bir səfər təşkil edirsə..."

Ekspertin fikrincə, mikromobilliyin gənclərin həyat tərzinə çevrilməsi istiqamətində ciddi təbliğata ehtiyac var: "Düzdür, istifadəçilərin əksəriyyətini məhz gənclər təşkil edir, lakin bu göstəricini daha da artırmaq potensialı mövcuddur. Xüsusilə universitetlərdə gənclərin daha aktiv istifadəsini təmin etmək üçün fərqli və kreativ yanaşmalar düşünülməli, onlara daha cəlbedici, stimullaşdırıcı paketlər təklif edilməlidir. Bu vasitələr həm sürətlidir və tıxac problemini həll edir, həm də rahatdır, insanın əhval-ruhiyyəsini yüksəldir. Tələbələr üçün bu vasitələr olduqca əlverişlidir. Əgər tələbə multimodal bir səfər təşkil edirsə, marşrutdan asılı olaraq avtobus əvəzinə müəyyən məsafələri mikromobillik vasitələri ilə tıxacsız qət edə bilər. Dövlət gənclərə dəstək olaraq stimullaşdırıcı tədbirlər görməli və təbliğat işlərini daha da genişləndirməlidir. Cəmiyyətdəki stereotipləri qırmaq üçün yaxşı olardı ki, universitet müəllimləri də mikromobilliyə tamhüquqlu nəqliyyat növü kimi yanaşsınlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 476   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 513
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 399
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 379
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 440
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 425
.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

01.10.2026 426
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 389
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 598
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

01.10.2026 397
.