Kim Kardaşyan gündəlik 35 həb qəbul edir - Səbəblər...

Kim Kardaşyan gündəlik 35 həb qəbul edir - Səbəblər...Dünya şöhrətli ulduz Kim Kardaşyan sağlamlıq və gözəlliyini qorumaq üçün gündə bəzən 35 fərqli vitamin və mineral kompleksi (bioloji fəallığa malik qida əlavəsi) qəbul etdiyini etiraf edib.

Lent.az xarici mediaya istinadla xəbvər verir ki, 45 yaşlı realiti-şou ulduzu aktrisa Emi Polerin podkastında qonaq olarkən artıq "həb yorğunluğu" yaşadığını bildirib:

"Gündə təxminən 35 qida əlavəsi qəbul edirəm və bunları gün ərzində üç hissəyə bölürəm. Bir müddət balıq yağı kapsullarını udmaqdan bezib dayandım, lakin qan analizlərimin nəticəsi pisləşən kimi həkim məsləhəti ilə yenidən başlamaq məcburiyyətində qaldım. Həblər çox böyükdür. Kaş ki, hər gün işə gedərkən qəbul edə biləcəyim bir sistem (sistem köçürmə) olardı, nəinki bu qədər kapsul udmaq".

Kardaşyanın bu açıqlaması tibb dünyasında ciddi narahatlıq və müzakirələrə yol açıb. Mütəxəssislər son illərdə sürətlə böyüyən qida əlavələri sənayesi və onların nəzarətsiz istifadəsi barədə xəbərdarlıq edirlər. Həkimlərin fikrincə, reseptsiz satılan bu məhsulların təbii olaraq marketinq edilməsi onların zərərsiz olması demək deyil. Həddindən artıq vitamin və mineral qəbulu qaraciyər toksikliyinə (zəhərlənməsinə) və böyrək çatışmazlığına səbəb ola bilər, çünki daxil olan hər bir maddə bədəndən xaric edilmək üçün bu orqanlar tərəfindən emal olunmalıdır.

Bütün bunlara baxmayaraq, Kim Kardaşyan öz sağlamlığına qarşı olduqca diqqətli və nizam-intizamlı olduğunu vurğulayıb. O, bütün ailə üzvlərinin - bacılarının və anaları Kris Cennerin müntəzəm olaraq ev şəraitində sümük sıxlığı testləri və tam bədən skanından (MRT) keçdiklərini bildirib. Ulduz keçən il məhz bu yoxlanışlar sayəsində həkimlərin gözdən qaçırdığı beyin anevrizmasının (damar genişlənməsi) vaxtında aşkarlandığını qeyd edərək mövqeyini belə yekunlaşdırıb:

"Hər şeyi nəzarətdə saxlamaq ən yaxşı profilaktikadır. Sağlamlıq ən böyük sərvətdir, ona görə də atdığınız hər addımda diqqətli olmalısınız".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1101   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.