48 il əvvəl ögey qızını vannada öldürən anaya cinayət işi açıldı

48 il əvvəl ögey qızını vannada öldürən anaya cinayət işi açıldıBöyük Britaniyada keçmiş probasiya xidməti əməkdaşı, 48 il əvvəl beş yaşlı ögey qızının ölümündə təqsirli bilinib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 67 yaşlı Janis Niks 1978-ci ildə həyatını itirən beş yaşlı Andrea Bernardın ölümü ilə bağlı məhkəmə tərəfindən təqsirli hesab olunub. Uşaq ailənin Cənubi Londondakı evində çox isti vannada ağır yanıq xəsarətləri aldıqdan sonra ölüb.

Uzun illər ərzində qızın ölümü bədbəxt hadisə kimi qiymətləndirilib. Lakin 2022-ci ildə Andreanın böyük qardaşı Desmond Bernard polisə müraciət edərək uşaqlıq dövründə ailənin daim ögey anadan qorxu içində yaşadığını bildirib.

Məhkəmədə ifadə verən Bernard göz yaşları içində Niksin uşaqları mütəmadi olaraq döydüyünü, onlara siqaretlə xəsarət yetirdiyini və sərt şəkildə cəzalandırdığını söyləyib. Onun sözlərinə görə, hadisə günü Andreanın vannadakı suyun həddindən artıq isti olduğunu dediyini eşidib, daha sonra isə qışqırıq səsləri və suyun şappıltısını duyub.

Şahid bildirib ki, vannaya daxil olduqda bacısını ağır vəziyyətdə görüb. Onun iddiasına görə, sonradan Niks ondan bu cinayəti bədbəxt hadisə kimi təqdim etməsini istəyib.

Məhkəmədə çıxış edən ekspertlər qeyd ediblər ki, belə dərəcədə isti sudan uşaq instinktiv şəkildə çıxmağa çalışardı, bu isə azyaşlının zorla saxlanılmış ola biləcəyi ehtimalını gücləndirir.

Andrea hadisədən sonra xəstəxanada təxminən altı həftə yaşayıb. Bildirilir ki, onun bədəninin təxminən yarısı yanıq xəsarətləri almışdı.

Məhkəmə həmçinin Janis Niksi uşaqlara qarşı qəddar rəftar ittihamı üzrə də təqsirli bilib. Qadın ittihamları qəbul etməsə də, andlı iclasçılar onu günahkar hesab edib. Hökm daha sonra açıqlanacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 964   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.