Kanada vətəndaşı müxtəlif ölkələrdə onlarla insanın ölümünə səbəb olduğunu etiraf edib
Kanadalı Kennet Lou onlarla intihara yardım etmə faktı üzrə özünü təqsirli bilib.
Oxu.Az "The Guardian" nəşrinə və "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, internet vasitəsilə zəhərli maddələr dəsti və onlardan istifadə qaydalarını sataraq potensial intiharameyilli şəxslərə göndərməklə məşğul olub.
Lou bununla Kanadanın 14 sakininin (16-36 yaş arası) intiharına şərait yaratdığını etiraf edib. Prokurorluq onun ittihamlarını "qəsdən adam öldürmə" maddəsindən "intihara yardım etmə və ya buna təhrik etmə" maddəsinə tövsif etməyə razı olduqdan sonra o, istintaqla əməkdaşlıq etməyə razılıq verib.
Bundan əlavə, Böyük Britaniyaya ekstradisiya edilməyəcəyi barədə qərar açıqlandıqdan sonra Lou 79 britaniyalının da intiharına kömək etdiyini boynuna alıb.
Qeyd edək ki, Lou 2023-cü ildə həbs olunub. Kanada polisinin məlumatına görə, o, 2020-ci ildən bəri öz internet saytları vasitəsilə intihar etmək istəyənlər üçün zəhər dəstləri və təlimat kitabçaları satıb. İstintaqın qiymətləndirməsinə görə, o, ümumilikdə aralarında İtaliya, ABŞ və Avstraliyanın da olduğu 41 ölkədən olan alıcılara 1 200-dən çox belə dəst göndərib. Polisə məlum olub ki, o, Böyük Britaniya sakinlərinə ən azı 286 zəhər dəsti satıb və bu, ən azı 112 nəfərin ölümü ilə nəticələnib.
Lou barəsində hökm sentyabr ayında çıxarılacaq. İntihara yardım etmə maddəsi ilə onu 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 500 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
01.10.2026 325 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 316 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 171 Azərbaycan üç yeni avtomat istehsal edib
"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır
01.10.2026 171 Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir
01.10.2026 148 "Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
01.10.2026 295 Ölkənin inkişaf tarixində yeni səhifə
"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara
01.10.2026 348 Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır
Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80
01.10.2026 244