Pensiyaçılar, qazilər və şəhid ailələri üçün ŞAD XƏBƏR: Yeni layihənin DETALLARI AÇIQLANDI

Pensiyaçılar, qazilər və şəhid ailələri üçün ŞAD XƏBƏR: Yeni layihənin DETALLARI AÇIQLANDIPensiyaçılar, qazilər və şəhid ailələri üçün BÖYÜK ENDİRİM!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə start verilən "Sosial Tərəfdaş" layihəsi ölkədə sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.

Layihə çərçivəsində həssas əhali qruplarına - xüsusilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, eləcə də kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlara ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda xüsusi endirim imkanları təqdim olunur. Bu təşəbbüs dövlət-biznes tərəfdaşlığı modeli çərçivəsində sosial həmrəyliyin artırılmasına xidmət edir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov layihənin əhəmiyyətini, onun biznes üçün üstünlüklərini və regionlarda qarşıya çıxa biləcək çağırışları şərh edib.

S.Məmmədov qeyd edib ki, bu cür sosial təşəbbüslər dünya praktikasında geniş yayılmış platformalardan biridir:

"İndiki halda nazirliyin təşəbbüsünə qoşulan kommersiya qurumları və biznes sektoru müəyyən edilmiş həssas qruplara güzəştlər etməklə cəmiyyət qarşısında öz sosial məsuliyyətlərini yerinə yetirmiş olurlar. Adətən belə qurumlar üçün bu, Korporativ Sosial Məsuliyyət (KSM) məsələsidir. Əlbəttə, bu cür təşəbbüslərə qoşulan biznes subyektləri heç bir halda uduzmurlar. Əksinə, xeyriyyə və sosial öhdəliklərini yerinə yetirməklə onlar cəmiyyətdə böyük nüfuz qazanır, öz brend imiclərini müsbət istiqamətdə formalaşdırır və nəticədə müştəri sayını əhəmiyyətli dərəcədə artırmış olurlar".

Ekspert vurğulayıb ki, layihənin uğurlu və uzunmüddətli olması üçün həm şəffaflıq, həm də əlçatanlıq prinsipləri ən yüksək səviyyədə qorunmalıdır. Onun sözlərinə görə, vətəndaşların hansı obyektlərdə, hansı şərtlərlə və hansı məhsullara endirim əldə edə biləcəyi barədə məlumatlar tam açıq və anlaşıqlı olmalıdır. Bunun üçün rəqəmsal həllərin tətbiqi, vahid məlumat bazasının yaradılması və ictimai nəzarət mexanizmlərinin işə salınması vacibdir. Layihəyə tərəfdaş olan kommersiya qurumlarının siyahısı mütəmadi yenilənməli, daxil olan şikayət və təkliflər operativ şəkildə araşdırılmalıdır.

Liqa sədri xüsusilə vurğulayıb ki, layihənin coğrafi əhatə dairəsinin genişləndirilməsi ən həssas məqamlardan biridir. Belə ki, bu növ xidmətlərin yalnız böyük şəhərlərlə məhdudlaşması regionlarda yaşayan vətəndaşların layihədən kənarda qalmasına səbəb ola bilər:

"Əlbəttə, yaxşı olar ki, bu xidmət və satış sahələri yalnız iri şəhərlərdə deyil, eyni zamanda regionlarda da fəaliyyət göstərsin. Çünki rayonlarda, kəndlərdə yaşayan həssas qrup üzvləri üçün də bu imkanlar əlçatan olmalıdır".

Ekspertin fikrincə, regionlarda qarşıya çıxa biləcək əsas çətinliklər sırasında böyük market və aptek şəbəkələrinin rayon mərkəzlərindən uzaq kəndlərdə az olması, eləcə də yerli sahibkarların layihəyə cəlb edilməsindəki zəiflik dayana bilər. Bölgələrdə yaşayan pensiyaçıların və ya əlilliyi olan şəxslərin endirimli xidmətlərdən yararlanmaq üçün şəhər mərkəzlərinə gəlmək məcburiyyətində qalması əlavə nəqliyyat xərcləri yaradır. Bu səbəbdən layihənin regional şəbəkəsinin genişləndirilməsi və yerli kiçik-orta biznes subyektlərinin də prosesə cəlb olunması tələb olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 764   Tarix: 31 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

01.10.2026 325
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir

01.10.2026 148
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

01.10.2026 348
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 244
.