Polkovnikə cinayət işi açıldı
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub.
Lent.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham edilir.
Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda korrupsiya ittihamı ilə həbsdə olan mayor Ruhin Tağıyevdir.
İttihama görə, O.Babayev R.Tağıyevdən onun sərəncama göndərilməməsinə köməklik göstərəcəyi vədi ilə 30 min manat alıb. Lakin bir müddət sonra R.Tağıyev həbs olunub.
Şikayət əsasında Respublika Hərbi Prokurorluğunda istintaq aparılıb. İstintaqın yekununda O.Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq-qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs nəzərdə tutulur.
Əvvəllər Naxçıvan Hərbi Polis İdarəsinin rəisi də işləmiş polkovnik Babayev 30 min manatın bir hissəsini ödəməyə razılıq verdiyi üçün həbs edilməyib, barəsində alternativ qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Ruhin Tağıyevin cinayət işi də Bakı Hərbi Məhkəməsində araşdırılır. Həmin iş üzrə hələlik hökm çıxarılmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 100 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTələbə və pensiyaçılar üçün turizm endirimləri Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində turizm şirkətləri tələbələr və pensiyaçılar üçün xüsusi endirim kampaniyaları tətbiq edir. Xüsusilə beynəlxalq tələbə kartı sistemi vasitəsilə gənclər aviabiletlərdən hotellərə, muzeylərdən ictimai nəqliyyata qədər müxtəlif güzəştlərdən yararlana bilirlər. Bir sıra Avropa ölkələrind
11:18 166 Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərma
14:39 140 İran strateji boğazlarda hərbi fəaliyyətini genişləndirə bilər
İranın Hörmüz boğazını tamamilə bağlamağı və İsrailə təzyiqi artırmaq məqsədilə Bab əl-Məndəb boğazında hərbi fəaliyyətini genişləndirməyi planlaşdırdığı bildirilir. xəbər verir ki, bu barədə Tasnim agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İran İsrailə və onun müttəfiqlərinə təzyi
11:12 143 Dünyanın ən bahalı casus proqramları hansılardır - Bakıda varmı? - ARAŞDIRMA
Son 10 ildə casus proqramlar (spyware) yalnız "kompüterə virus düşdü" səviyyəsində texnologiya olmaqdan çıxaraq dövlətlərarası rəqəmsal kəşfiyyat alətinə çevrilib. Bu proqramlar adi istifadəçi üçün nəzərdə tutulmur və əsasən hökumətlər, xüsusi xidmət orqanları, hüquq-mühafizə və bəzi hallard
18:45 1 Filippində bina çöküb
Anxeles şəhərində inşası davam edən doqquzmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, bu gün dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Hadisə zamanı ümumilikd
15:22 131 BTQ dəmir yolu xəttinin rəsmi açılışı keçirilir
Bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir. "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmi
14:36 157 Sumqayıtda ictimai nəqliyyat böhranı: Gecikən avtobuslar, sıxlıq və sərnişin narazılığı artır - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
Sumqayıt şəhərində ictimai nəqliyyat sahəsində yaşanan problemlər sakinlərin gündəlik həyatını çətinləşdirməyə davam edir. Xüsusilə son dövrlərdə şəhərdaxili marşrut xətlərində avtobusların gecikməsi, intervalın uzun olması, sərnişin sıxlığı və bəzi sürücülərin davranışları ilə bağlı narazılıqlar dah
12:26 184 Yaşlı insanların NƏZƏRİNƏ: bu balığı yeməyin
Balıq yaşlı insanların qidalanmasında mühüm yer tutmaqda davam edir, lakin onun bütün növləri eyni dərəcədə faydalı deyil. Balıq ən faydalı qidalardan biri hesab olunur. O, ürək, damar və beyin fəaliyyətini dəstəkləyən qiymətli zülal, omeqa-3 yağ turşuları və vacib mikroelementlərlə zəngindir. xaric
18:30 1 Yağış yağacaq
Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
13:34 185