"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"
İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb.
G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialoq TV"yə bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Yevlaxın Duzdağ qəsəbəsinə qayıdıb.
O, qızı Gülüzarın qayınanası ilə dalaşdığını və bu səbəbdən evdən qovulduğunu deyib: "Gəlib bizim evdə 3 gün qaldı. Həmin vaxt biz vəkil tapdıq. Vəkil dedi ki, sən Yevlaxda, mən isə Bakıda. Gəlin Bakıda kirayə ev tutun ki, işimizi apar bilək. Qızım da getdi Bakıya. 2 gün sonra gedib qayınanasıgilə ki, uşaqlarını görsün. Övladı zəng edib ki, 1 iyun uşaqların bayramıdır, bura gəlməyəcəksən? Qızım da hədiyyə alıb gedib qayınanasının yaşadığı evə.
Qızımın rəfiqəsi var, həmin binada yaşayır. O da qızıma zəng edib ki, bəs qayınatan binanın tinindədir, nə məsələdir, bura gələcəksən? Həmin vaxt qızım bizə də zəng etmişdi ki, bəs uşaqları görməyə gedir, çıxanda xəbər edəcək. Qayınanası da ona deyib ki, saat 2-dən tez gəlmə, evdə olmayacağıq. Qızımın qayınatası arvadından ayrı yaşayırdı, Mərdəkanda olurdu. Yəqin ki, onun gəlib çatması üçün əvvəlcədən özləri belə planlaşdırıblar. Gülüzar liftdə olanda hücum edib qətlə yetirib. Qızımın səsini qonşular eşidib. Hamısı qurama olub.
Öldürəndən sonra da qızımın "kaşlok"undan bank kartlarını götürüb. Qızımı evdən qovanda bank kartlarını əlindən almışdılar. Gülüzar da Yevlaxa gəlib kartları bloklatdırmışdı. Qızımdan xəbər ala bilmədiyimizə görə anası Bakıda yaşayan oğluma zəng edib ki, bacın uşaqlarını görməyə getmişdi, xəbər olmadı. Ondan sonra qızıma edilən zənglərə polis əməkdaşları cavab veriblər. Namus məsələsidirsə, qayınatası qızımı qətlə yetirəndən sonra kartı niyə götürüb?"
T.Şükürov bildirib ki, əvvəllər ailədə hər hansı problem olmasa da, son vaxtlar narazılıqlar yaranırmış: "Qızımın qayınatasının işsiz qalmasından sonra söz-söhbətlər başladı. Qayınanası da gileylənirdi ki, harasa gedəndə pul gəlində olur. Həmin vaxt qızım bank kartını ona verdi ki, götürün sizdə qalsın".
Mərhumun bacısı Gülnar Məmmədova isə bildirib ki, bacısının qayınatası ailəsindən ayrı yaşayırmış: "Onlar neçə il idi ayrılmışdılar. Bacımın qayınatası Adıgözəl Məmmədov uşaqları hələ balaca olanda onları atıb getmişdi. Sonradan qayınatası ortaya çıxdı, əvvəlcə tələb etdi ki, evdən çıxsın. Sonra bacım məhkəməyə müraciət etmişdi ki, uşaqlarını ala bilsin. Bütün bu hadisələr hamısı bir qurğu idi".
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, A.Məmmədov şübhəli şəxs qismində tutulub. Mərhumun iki övladı var.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1009 Tarix: 04 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133