"Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEV
"Ermənistanda keçiriləcək seçkilər təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyənləşdirəcək mühüm siyasi hadisədir.
Hazırkı siyasi mənzərə və müxtəlif sorğular göstərir ki, Ermənistanda hakimiyyət uğrunda əsas mübarizə yenə də Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi komanda ilə müxalifət arasında gedir. Paşinyanın reytinqində əvvəlki illərlə müqayisədə müəyyən azalma müşahidə olunsa da, müxalifətin vahid namizəd və vahid siyasi platforma ətrafında birləşə bilməməsi hakimiyyətin əsas üstünlüklərindən biri olaraq qalır.
Bu baxımdan, mövcud vəziyyətə əsasən ən yüksək ehtimal yenə də Paşinyan komandasının seçkilərdə birinci siyasi qüvvə kimi çıxış etməsidir. Bunun əsas səbəbi müxalifətin parçalanmış vəziyyətdə olması, cəmiyyətin bir hissəsinin isə ölkənin yenidən keçmiş siyasi elitaların idarəçiliyinə qayıtmasını istəməməsidir. Eyni zamanda, Ermənistanın Qərblə münasibətlərinin inkişaf etdirilməsi xəttini dəstəkləyən seçici kütləsi hələ də kifayət qədər genişdir.
Lakin bu, Paşinyanın asan qələbə qazanacağı anlamına gəlmir. Əgər sosial-iqtisadi problemlər, təhlükəsizlik məsələləri və kilsə ilə hakimiyyət arasında yaranan gərginlik seçki kampaniyasının əsas mövzusuna çevrilərsə, onun rəhbərlik etdiyi siyasi qüvvə əvvəlki seçkilərlə müqayisədə daha az səs toplaya bilər. Bu halda koalisiya hökuməti variantı da gündəmə gələ bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, digər tərəfdən, Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür. Bununla belə, onların parlamentdə təsir imkanlarını artırması və gələcək siyasi proseslərə daha fəal müdaxilə etməsi mümkündür.
"Hesab edirəm ki, bugünkü reallıq göstərir ki, Ermənistan seçkilərinin favoriti hələ də Paşinyan komandasıdır. Ancaq əsas sual onun qalib gəlib-gəlməyəcəyində deyil, hansı üstünlüklə qalib gələcəyində və seçkidən sonra ölkədə nə dərəcədə sabit siyasi idarəetmə formalaşdıra biləcəyindədir. Çünki Ermənistanın qarşısında duran əsas məsələ artıq təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də sülh, kommunikasiyaların açılması, iqtisadi inkişaf və regional inteqrasiya ilə bağlı strateji qərarların verilməsidir. Bu qərarlar isə seçkinin nəticəsindən daha çox, seçkidən sonra formalaşacaq siyasi iradədən asılı olacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 103 Tarix: 04 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447