Süni intellekt kiberdələduzlarla mübarizədə nə qədər uğurludur?

Süni intellekt kiberdələduzlarla mübarizədə nə qədər uğurludur?"Bir çox insanı maraqlandıran suallardan biri də budur: "Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?" Bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur və artıq geniş şəkildə istifadə olunur. Banklar, mobil operatorlar və kibertəhlükəsizlik mərkəzləri süni intellekt və xüsusi təhlükəsizlik sistemləri vasitəsilə şübhəli əməliyyatları, saxta saytları, fişinq hücumlarını və digər dələduzluq cəhdlərini müəyyən etməyə çalışırlar".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, lakin reallıq ondan ibarətdir ki, heç bir proqram kiberdələduzluq hallarını 100 faiz dəqiqliklə aşkarlaya bilmir. Bunun əsas səbəbi dələduzların da texnologiyadan istifadə etməsi və üsullarını daim yeniləməsidir. Bu gün bloklanan bir metod sabah fərqli formada yenidən ortaya çıxa bilər. Xüsusilə süni intellektin sürətli inkişafı saxta mesajların, səslərin və videoların daha peşəkar şəkildə hazırlanmasına imkan yaradır:

"Əslində kibertəhlükəsizlik sahəsində ən güclü müdafiə vasitələrindən biri insanın öz diqqəti və ehtiyatlı davranışıdır. Dələduzlar adətən insanların qorxu, maraq və ya tələskənlik hisslərindən istifadə edirlər. "Kartınız bloklanıb", "Hesabınıza giriş edilib", "Bağlamanız çatıb" və ya "Təcili pul göndərin" kimi mesajlar məhz insanları düşünmədən hərəkət etməyə sövq etmək məqsədi daşıyır.

Mütəxəssislər özünü qorumağın ən sadə və effektiv yolları kimi naməlum linklərə daxil olmamağı, SMS vasitəsilə göndərilən kodları heç kimlə paylaşmamağı, bank məlumatlarını verməməyi, iki mərhələli təsdiqləmə funksiyasını aktiv saxlamağı və tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi tövsiyə edirlər. Bununla yanaşı, telefon və kompüterlərdə təhlükəsizlik yeniləmələrinin vaxtında quraşdırılması da kibertəhlükələrdən qorunmaq baxımından mühüm əhəmiyyət daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 497   Tarix: 04 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 242
.

"Paxıllar, saxta profillə pis rəy yazanlar, aqressivliyiniz üzünüzə vurub"

Aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşdığı video ilə ona qarşı tənqid və aqressiv münasibət göstərən izləyicilərə müraciət edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımlarını bəyənməyən şəxslərin onu izləmək məcburiyyətində olmadığını bildirib:. "Məni izləmək məcburiyyətində deyilsiniz

10:23 184
.

Qulaqdakı bu əlamətlər ciddi xəstəlik xəbərçisi ola bilər

Əksər insanlar qulaqları yalnız eşitmə orqanı hesab etsələr də, əslində onlar orqanizmdə daha vacib funksiyalar yerinə yetirir. Daxili qulaqda yerləşən tarazlıq sistemi sayəsində insan ayaq üstə dayana, rahat yeriyə və ətraf mühitdə istiqamətini müəyyən edə bilir. Həkimlər bildirirlər ki, eşitmənin qəfi

05.08.2026 341
.

Çörək niyə tez ovulur və köp verir? Səbəblər düşündüyünüzdən fərqlidir

"Çörək qida rasionumuzun ayrılmaz hissəsidir. Bir çox insan üçün yemək çörəksiz tam hesab edilmir. Lakin son illər istehlakçılar arasında çörəyin keyfiyyətinin aşağı düşməsi, tez ovulması, qısa müddətdə bayatlaması və həzm zamanı köp yaratması ilə bağlı narahatlıqlar artmaqdadır". Bunu BİG.AZ-

15:02 117
.

Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?

Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür. Bəs real duru

15:10 110
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 353
.

Filmlərdə gördüklərinizi gerçəyə çevirin: Bu ideyaları sınamağa dəyər

Bəzən bir filmə baxandan sonra həmin hekayə bitmir. Onun yaratdığı hiss uzun müddət insanın içində qalır və "mən də bunu yaşamaq istəyirəm" fikri yaranır. Romantik qayıq gəzintisi, adrenalin dolu anlar və ya dostlarla çimərlik əyləncəsi. Sevdiyiniz filmlərdən ilham alaraq yay tətilindəki ad

05.08.2026 273
.

Pomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları

Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir

05.08.2026 289
.

Aydan Axundovadan sevgi paylaşımı

Aktrisa Aydan Axundova sevgi ilə bağlı paylaşımıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevginin çətin günlərdə özünü göstərdiyini vurğulayan fikirlər yazıb. "Dünya qədər qoca bir sevgi elmi var. Sevgi zəngin, sağlam və xoşbəxt günlərdə yox, yalın, yavan, naxo

12:15 195
.

TOP MP3