Ev almaq niyə hər keçən il çətinləşir?

Ev almaq niyə hər keçən il çətinləşir?"Daşınmaz əmlak bazarında qiymət artımına təsir edən bir sıra əsas amillər mövcuddur. İlk növbədə, tələb təklifi ciddi şəkildə üstələyir. Alıcıların sayı artsa da, satışa çıxarılan mənzillərin, torpaq sahələrinin və qeyri-yaşayış obyektlərinin həcmi bu tələbi tam qarşılaya bilmir. Eyni zamanda, urbanizasiya prosesinin davam etməsi böyük şəhərlərdə mənzilə olan ehtiyacı daha da artırır".

Bunu BiG.AZ-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, qiymət artımına təsir edən digər mühüm amil əhalinin gəlirlərinin və kredit imkanlarının genişlənməsidir. İpoteka şərtlərinin daha əlçatan olması və maliyyələşdirmə imkanlarının artması daha çox insanın əmlak bazarına daxil olmasına şərait yaradır. Nəticədə bazarda tələb yüksəlir və bu da qiymətlərə təsir göstərir:

"Tikinti xərclərinin artması da daşınmaz əmlakın bahalaşmasına səbəb olur. Sement, dəmir və digər tikinti materiallarının qiymətlərindəki artım, eləcə də əmək haqqı və logistika xərclərinin yüksəlməsi yeni layihələrin maya dəyərini artırır. Bu isə son nəticədə satış qiymətlərində öz əksini tapır.

İnflyasiya şəraitində insanlar vəsaitlərinin dəyərini qorumaq üçün daha etibarlı investisiya vasitələrinə üstünlük verirlər. Daşınmaz əmlak da ən çox seçilən investisiya istiqamətlərindən biri hesab olunur. Bu səbəbdən əmlaka yönələn investisiyaların həcmi artır və qiymətlər yüksəlir.

Bazarda investisiya məqsədli alışların çoxalması da diqqət çəkən məqamlardandır. Bir çox alıcı mənzili və ya digər əmlakı yaşamaq üçün deyil, gələcəkdə daha yüksək qiymətə satmaq və ya kirayə vermək məqsədilə əldə edir. Xüsusilə yeni inkişaf edən yaşayış kompleksləri və prestijli ərazilər investorların maraq dairəsində olur.

İnfrastruktur və inkişaf layihələri də əmlak bazarına birbaşa təsir göstərir. Yeni metro stansiyalarının, yolların, ticarət mərkəzlərinin, məktəblərin və biznes zonalarının tikintisi müəyyən ərazilərin cəlbediciliyini artırır. Bu da həmin ərazilərdə torpaq və mənzil qiymətlərinin yüksəlməsinə səbəb olur.

Bundan əlavə, dövlətin həyata keçirdiyi siyasət, ipoteka proqramları, subsidiyalar, şəhərsalma qərarları və torpaq münasibətləri ilə bağlı hüquqi dəyişikliklər də bazarın inkişaf istiqamətinə və qiymətlərin formalaşmasına təsir edən vacib amillər sırasındadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 765   Tarix: 04 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.