Telefon və selfi çubuğu ilə reportaj: YouTube kanalları nəzarətə götürülməlidirmi? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Telefon və selfi çubuğu ilə reportaj: YouTube kanalları nəzarətə götürülməlidirmi? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon illər Azərbaycanda fəaliyyət göstərən bəzi "YouTube media" kanallarının sayı sürətlə artsa da, onların bir qisminin peşəkar jurnalistika prinsiplərindən uzaq fəaliyyəti ciddi müzakirələrə səbəb olur. Xüsusilə, müxbirlərin heç bir texniki təminat olmadan yalnız telefon və selfi çubuğu ilə çəkilişlərə göndərilməsi media sahəsində peşəkarlıq və keyfiyyət məsələsini yenidən gündəmə gətirib. Bir çox hallarda nə operator, nə montaj qrupu, nə də texniki avadanlıq olmadan hazırlanan süjetlər həm görüntü keyfiyyəti, həm də informasiya təqdimatı baxımından tamaşaçılar tərəfindən tənqid edilir.

Bu vəziyyət fonunda media sahəsində fəaliyyət göstərən YouTube kanalları üçün müəyyən minimum texniki və peşəkar tələblərin tətbiqi məsələsi gündəmə gəlir. Çünki jurnalistika yalnız xəbəri paylaşmaq deyil, həm də onu keyfiyyətli, operativ və peşəkar şəkildə ictimaiyyətə çatdırmaq məsuliyyəti daşıyır. Bu baxımdan, YouTube kanallarının texniki avadanlıq, işçi heyəti və fəaliyyət standartları ilə bağlı müəyyən qaydalara uyğun fəaliyyət göstərməsinin vacibliyi barədə müzakirələr artır.
Telefon və selfi çubuğu ilə reportaj: YouTube kanalları nəzarətə götürülməlidirmi? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, dünyada olduğu kimi Azərbaycanda da bloggerlik və vətəndaş jurnalistikası geniş yayılıb. Ona görədə informasiya yayımı ilə təkcə media subyektləri məşğul olmur. Onun sözlərinə görə, həttda vətəndaşlarda yəni bloggerliyə və jurnalistikaya marağı olan qeyri peşə sahibləridə informasiya yaymaq vərdişlərinə sahibdirlər və bu fəaliyyətlə məşğuldurlar: "Ona görədə hansısa bir tənzimlənmə sənədi ortaya qoymaq, yaxudda informasiya yayan qurum kimi mütləq şəkildə avadanlıq və bu ştatlar üzrə əməkdaş tələbi qoymaq hazırki vəziyyətdə mümkün olmaz. Azərbaycan kimi ölkələr inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanır. Əgər biz internet, Youtube mediası, bloggerlik fəaliyyəti üzrə Böyük Britaniya, Fransa, ABŞ kimi ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda da bu cür hallar var. Yəni bir nəfər həm müxbir, həm operator, həmdə montajçı kimi fəaliyyət göstərir.

Bu işləri peşəkarlıqla yerinə yetirib yetirməməsi isə subyektiv məsələdir. Bizim ölkəmizdə də peşəkar bloggerlər varki onlar həm operator, həmdə fotoqraf vəzifələrini yerinə yetirirlər. Bir media eksperti kimi qeyd etmək istəyirəm ki, media subyektlərinin daha təsisatlı və rəqabətdə daha davamlı olması, yəni güclü maddi texniki bazaya və peşəkar komandaya sahib olması arzuolunandır Çünki iqtisadi baxımdan güc artdıqca, keyfiyyətində artma ehtimalı dahada yüksəlir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 04 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.