Postsovet ölkələri təhlükəsizlik siyasətini dəyişir: regionda yeni hərbi ittifaqlar formalaşır - POLİTOLOQDAN AÇIQLAMA

Postsovet ölkələri təhlükəsizlik siyasətini dəyişir: regionda yeni hərbi ittifaqlar formalaşır - POLİTOLOQDAN AÇIQLAMASon illər regionda baş verən geosiyasi dəyişikliklər keçmiş sovetlər birliyi ölkələrinin təhlükəsizlik siyasətini ciddi şəkildə yenidən formalaşdırmasına səbəb olub. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra bir çox ölkələr müdafiə imkanlarını gücləndirməyə, Qərb və NATO ilə münasibətlərini genişləndirməyə üstünlük verir. Polşada ABŞ hərbçilərinin yerləşdirilməsi, Ermənistanın Fransa ilə hərbi əməkdaşlığı artırması, Moldova ilə Rumıniya arasında inteqrasiyanın sürətlənməsi və digər proseslər postsovet məkanında yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir.

Belə bir şəraitdə Azərbaycanın da müdafiə və təhlükəsizlik strategiyası yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə Azərbaycan ilə qardaş ölkə Türkiyə arasında son illərdə hərbi sahədə əməkdaşlığın daha da genişlənməsi diqqət çəkir. Birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və strateji müttəfiqlik fonunda Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması məsələsi də zaman-zaman gündəmə gəlir. Regional təhlükəsizlik risklərinin artdığı bir dövrdə bu cür əməkdaşlığın Azərbaycanın müdafiə imkanlarına və bölgədəki siyasi balanslara necə təsir göstərə biləcəyi müzakirə olunan əsas mövzulardan biridir.
Postsovet ölkələri təhlükəsizlik siyasətini dəyişir: regionda yeni hərbi ittifaqlar formalaşır - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan öz milli təhlükəsizliyinin təmin olunması ilə bağlı hər zaman öz potensialını, silahlı qüvvələrinin gücünə əmin olub və bu istiqamətdə addımlar atıb. Düşünürəm ki, ikinci Qarabağ müharibəsi hər kəs üçün kifayət qədər önəmli bir nümunədir ki, 30 ilə yaxındır davam eliyən işğal dövründə Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə, yəni danışıqlar yolu ilə təmin olunması istiqamətində heç bir real addım atılmadığı müşahidə edildiyi məqamda məhz Azərbaycan öz silahlı qüvvələrinin gücü hesabına qlobal sistemin ən önəmli aktorlarının təsir və təzyiq mexanizmlərinə qarşı mübarizə aparıb və ərazi bütövlüyünü və 23 saatlıq anti-terror tədbirləri nəticəsində suverenliyini tam bərpa edib. Biz BMT-nin 4 qətnaməsini tək başına icra edən bir dövlət olaraq bundan sonrakı mərhələdə də regionda baş verəcək istənilən proseslərə münasibətdə hər zaman öz mövqeyimizi, qətiyyətli yanaşmalarımızı öz gücümüz hesabına təmin etməyi davam etdirəcəyik. Onun sözlərinə görə, digər tərəfdən Türkiyə olan münasibətlərimiz hər zaman bizim hərbi potensialımızın inkişaf etdirilməsi və ordu quruculuğu ilə bağlı yanaşmalarımıza müsbət təsir edən əsas məqamlardan biridir: "Xüsusi ilə Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin bir çox istiqamətlərdə əhatə edən önəmli hüquqi baza rolunda çıxış edir və bundan sonrakı mərhələdə də Azərbaycan öz ordusunu Türkiyə modeli və paralel olaraq Türkiyənin NATO-nun üzvü olduğunu nəzərə alsaq, NATO modeli formatında yenidən formalaşdırmağa və gücümüzün tam əhatəli şəkildə təmin olunmasına yönəlmiş təlimlərin həyata keçirilməsinə davam edəcək. Amma Azərbaycanın xarici siyasət konsepsiyasına nəzər yetirsək balanslı xarici siyasət istiqamətlərinə uyğun olaraq heç bir halda heç bir hərbi-siyasi bloklaşmada bir mövqe nümayiş etdirmir. Azərbaycan nə KTMT, nədə NATO-nun üzvü deyil.

Bundan sonrakı mərhələdə də hər hansısa bir formada bu istiqamətdə bir niyyətin nümayiş etdirilməsi gözlənilən deyil. Çünki bizim xarici siyasətimizin əsas baza prinsipi bütün dövlətlərlə, hərbi siyasi bloklarla və bütün qütblərlə paralel şəkildə münasibətlərin davam etdirilməsi və milli maraqların təmin olunması istiqamətində həyata keçirmək formalaşdırır. Düşünürəm ki, regionda hər hansısa bir formada Rusiya təhdidinə, yada ola biləcək yeni təhlükəsizliklə bağlı olan təhdidlərə münasibətdə digər dövlətlərin necə suveren xarici siyasət formalaşdırmaq və əlaqələrini genişləndirmək hüququ varsa Azərbaycanında hər zaman əlaqələrini genişləndirmək və digər dövlətlərlə bu istiqamətdə yeni imkanları dəyərləndirmək hüququ hər zaman qorunur və Türkiyə ilə bu istiqamətdə olan münasibətlərimizdə yeni yol xəritəsi əsasında hər zaman inkişaf etdirilir. Şuşa bəyannaməsi təkrar olaraq qeyd edirəm bunun üçün baza prinsipi olaraq çıxış edən əsas hüquqi sənədlərdən biridir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 605   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.