Vergidən yayınmanın cəzası nədir? - Cərimədən həbsədək

Vergidən yayınmanın cəzası nədir? - Cərimədən həbsədək"Vergi qanunvericiliyində hesabatların və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə müxtəlif maliyyə sanksiyaları nəzərdə tutulub".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, qanunvericiliklə müəyyən edilmiş vergi hesabatlarının və digər məlumatların təqdim edilməməsinə və ya müəyyən olunmuş müddətdə təqdim edilməməsinə görə vergi ödəyicilərinə 40 manatdan başlayaraq 10 min manatadək maliyyə sanksiyası tətbiq oluna bilər:

"Vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının az miqdarda ödənilməsindən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Bu halda inzibati xətanın bilavasitə obyekti olmuş vergi və ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilir.

Qanunvericiliyə əsasən, "az miqdar" dedikdə 50 min manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. Eyni zamanda, bu əməli ilk dəfə törətmiş şəxs vurulmuş ziyanı tam şəkildə ödədikdə inzibati məsuliyyətdən azad oluna bilər.

Vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma xeyli miqdarda olduqda isə cinayət məsuliyyəti yaranır. Bu halda təqsirli şəxs vurulmuş ziyanın iki mislindən üç mislinədək məbləğdə cərimə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bundan əlavə, ona müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması da tətbiq edilə bilər.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə, şəxs vurulmuş ziyanın üç misli həcmində cərimə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Hüquqpozma xüsusilə külli miqdarda törədildikdə isə daha ağır məsuliyyət nəzərdə tutulur. Bu halda vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin dörd misli miqdarında cərimə tətbiq edilə və ya şəxs beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Qanunvericiliyə görə, "xeyli miqdar" dedikdə 50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 628   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

01.10.2026 231
.

Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"

01.10.2026 155
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

01.10.2026 199
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 348
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 151
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.