Cəmiyyəti narahat edən hallar: psixoloji amillər ön planda - PSİXOLOQDAN AÇIQLAMA
Son vaxtlar zorakılıq xarakterli hadisələrin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə insanların təhlükəsizlik hissinə təsir edən bu kimi hallar yalnız hüquqi deyil, eyni zamanda psixoloji və sosial baxımdan da müzakirə olunur. Belə davranışların arxasında fərdi psixoloji problemlərlə yanaşı, ailədaxili mühit, zorakılığa meyl yaradan sosial faktorlar və cəmiyyətdə formalaşan yanlış düşüncələrin rol oynadığı bildirilir.
Aqressiya, empatiya çatışmazlığı, travmatik uşaqlıq dövrü, zorakılığın adi qəbul edildiyi mühitdə böyümək və psixi gərginlik kimi amillər bəzi insanlarda təhlükəli davranışların formalaşmasına səbəb ola bilər. Eyni zamanda sosial şəbəkələrdə yayılan mənfi kontent, ailə nəzarətinin zəifləməsi və mənəvi dəyərlərlə bağlı problemlər də müzakirə olunan əsas məqamlardan biridir. Məhz bu səbəbdən mövzu yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, həm də psixoloji və sosial yanaşma baxımından diqqət mərkəzində saxlanılır.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, bu tip hadisələr artıq müasirliyə addımlayan cəmiyyətdə birmənalı qarşılanmır. Çünki şüur dəyişir, dəyişdikcə keçmişdə qəbul olunan qaydalar, davranışlar, düşübcələr parçalanır. Onun sözlərinə görə, yaşlı nəsil inkişafdan qaldığı üçün, keçmişin ağlı ilə davranış pozuntularını nümayiş edirlər: "Yəni, dəyişməyən mentalitetdən qalma təfəkkür tərzi, bu gün yeni nəsli utandırır. Ələxüsus ümumən müsəlmanlara xas mentalitet kodlaşması var ki, misal üçün; "xristian qadınla gəzmək olar evlənmək olmaz, xristiandan kişi olmaz, xristian qadına qadın gözü ilə deyil, əxlaqsız gözü ilə baxmaq" kimi keçmişdən qalma zehniyyət, bu cür xəbərlərlə bu gün ölkəni də, yeni nəsli də xəcalətdə buraxır.
Bu birbaşa şəxsi sərhədlərin pozulmasıdır. Hər kəsin bədəni üzərində hüququ var. İcazəsiz toxunmaq isə insanın şəxsi sərhədlərini pozur. Qurban özünü alçaldılmış, qorxmuş, əsəbi və ya təhlükədə hiss edə bilər. Bu travma uzun müddət davam edə bilər. Travmalar yalnız uşaqlıq çağıında olmur. İnsanlara, qonaq olduğu ölkəyə, cəmiyyətə etimadın azalması baş verir. Yeni nəslin yaşlılara qarşı stereotiplərin yaranması baş verir. Hüquqi nəticələrə gəlincə, bir çox inkişaf etmiş ölkələrdə bu cür hərəkətlər inzibati və ya cinayət məsuliyyəti doğura bilir. Müsəlman ölkələrində isə "əşi yaşlı adamdır nə etdiyini bilmir, yaxud psixoloji pozuntusu var" deyib məsəyə soyuq yanaşılmaqla, əsas qadına qarşı olan əxlaqsız münasibət normallaşdırılır. Bu səbəbdən də, nəsillərarası münasibətlərin korlanması baş verir.
Gənclər və yaşlılar arasında qarşılıqlı hörmət və etimad zəifləyə başlayır. Çünki yaşlı nəsil inkişafdan qalır köhnə kodlaşmış şüurla, yeni nəsildə isə yeni təfəkkür, yeni zehniyyət kodlaşması bsş verir. Bu həm fiziki, həm şüur, həm ruhən - psixoloji yenilənmədir. Yaşlılar ilə bərabər balanslı inkişaf baş verəndə, o zaman tam inkişaf etmiş ölkələr sırasına keçid olur. Mentalitet dağılmayınca bənzər hadisələr davam edəcək. Sadəcə hamı hər şeyi çəkə, danışa bilmir mentalitet səbəbindən".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 643 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
01.10.2026 231 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 155 "TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
01.10.2026 199 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
01.10.2026 348 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
01.10.2026 151 Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb
Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə
01.10.2026 125 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 171