Millət vəkilindən cərimə balları və yollardakı xətlənmələrə etiraz
Mili Məclisin iclasında çıxış edən deputat Naqif Həmzəyev şəhərdaxili və bölgələrarası marşrutlarda fəaliyyət göstərən sürücülərin qarşılaşdığı çətinlikləri diqqətə çatdırıb.
Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, peşəsi sürücü olan şəxslər avtomobil yollarında adi sürücülərə nisbətən 5-8 dəfə daha çox vaxt keçirir və xüsusilə taksi sürücülüyü ölkədə aşağı və orta gəlirli əhali üçün əsas dolanışıq mənbəyidir.
"Statistikaya görə, fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Bu səbəbdən sürücülük hüququnun itirilməsi yalnız fərdi problem deyil, eyni zamanda ailənin maddi vəziyyətinə ciddi təsir göstərir", - deyə o qeyd edib.
Naqif Həmzəyev sürücülərin qarşılaşdığı əsas problemləri aşağıdakı kimi qeyd edib:
1)Uzun sürücülük saatları nəticəsində kiçik texniki pozuntular üçün toplanan ballar sürətlə 20-ballıq həddə çatır.
2)Hüquqdan məhrumetmə müddətində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir.
3)İşəgötürən şirkətlər hüququnu itirmiş sürücüləri işdən çıxarmağa məcbur olur.
4)Qısamüddətli hüquq itkisi bəzən uzunmüddətli işsizlik, kredit borcları və ailə böhranına səbəb olur.
Deputat bildirib ki, 20 ballıq hədd peşə sürücüləri üçün ədalətsizdir, çünki hüququ itirən taksi sürücüsü həm peşəsini, həm gəlirini, həm də ailəsinin maddi rifahını itirir.
Problemin həlli üçün Naqif Həmzəyev bir sıra təkliflər irəli sürüb:
1)Hüquqdan məhrumetmə həddinin 20 ballıq limitdən 40-50 bal arasında artırılması və ya yalnız ciddi pozuntular zamanı bal kəsilməsinin tətbiqi.
2)İlk dəfə yüngül qayda pozuntularında yalnız cərimə tətbiqi.
Deputat eyni zamanda vurğulayıb ki, yol hərəkəti qaydalarının ədalətli tətbiqi üçün açıq, görünən və standartlaşdırılmış nişanlama sisteminin mövcud olması vacibdir.
Bu çərçivədə isə aşağıdakı tədbirlər tövsiyə olunubş Məsələn, Gəncə və digər şəhərlərdə yolların xətləmə işlərinin keyfiyyətinin artırılması, hasarlanan, silinən və görünməz nişanların inventarizasiyası və vaxtında yenilənməsinə nəzarətin gücləndirilməsi, infrastruktur tam olmayan yollarda kamera vasitəsilə cərimələrin müvəqqəti dayandırılması, sürücülərin nişanlama çatışmazlığını asanlıqla bildirə biləcəyi şikayət mexanizminin yaradılması.
Naqif Həmzəyev çıxışını sürücülərin hüquqlarının qorunmasının vacibliyini vurğulayaraq yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 697 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
01.10.2026 231 Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"
01.10.2026 155 "TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
01.10.2026 199 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
01.10.2026 348 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
01.10.2026 151 Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb
Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə
01.10.2026 125 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 171