Aqrar Sığorta Heyvandarlıq Təsərrüfatlarını Risklərdən Necə Qoruyur?

Aqrar Sığorta Heyvandarlıq Təsərrüfatlarını Risklərdən Necə Qoruyur?Respublikamızın müxtəlif bölgələrində vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və fermer təsərrüfatlarına hücumlarının artması müşahidə olunur. Xüsusilə qış və yaz aylarında canavar, çaqqal və digər yırtıcı heyvanların qoyun, keçi və iribuynuzlu mal-qaraya hücumları nəticəsində fermerlər ciddi maddi itkilərlə üzləşirlər. Bu risklər fonunda dövlət dəstəyi ilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu kənd təsərrüfatı istehsalçılarının maliyyə təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Vəhşi heyvan hücumları fermerlər üçün ciddi riskdir

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında vəhşi heyvanların təsərrüfatlara hücumları hər il təkrarlanır. Bir neçə baş qoyunun və ya bir inəyin tələf olması ailə təsərrüfatları üçün minlərlə manatlıq zərər deməkdir. Aqrar sığorta sistemi məhz belə hallarda fermerlərin itkilərinin kompensasiya edilməsinə imkan yaradır.
Aqrar Sığorta Fondunun məlumatına görə, vəhşi heyvanların hücumu sığorta təminatına daxil olan əsas risklərdən biridir və sığortalı heyvanların tələf olması zamanı fermerlərə kompensasiya ödənilir.

Hansı heyvanlar sığortalana bilər?

Hazırda Azərbaycanda aqrar sığorta aşağıdakı heyvandarlıq məhsullarını əhatə edir:

11 günlükdən 7 yaşadək südlük inəklər və camışlar;

11 günlükdən 3 yaşadək ətlik mal-qara;

11 günlükdən 5 yaşadək qoyun və keçilər.

Bu məhsullar Nazirlər Kabinetinin müvafiq qərarları əsasında dövlət dəstəyi ilə sığortalanır.

Heyvanlar hansı risklərdən qorunur?

Aqrar sığorta heyvanların ölümünə və ya tələfatına səbəb olan bir sıra riskləri əhatə edir:

yoluxucu xəstəliklər;

ilan və həşərat sancmaları;

yem və otlardan zəhərlənmə;

kimyəvi maddələrin təsiri;

yanğın;

zəlzələ, torpaq sürüşməsi, qasırğa və dolu kimi təbii fəlakətlər;

vəhşi heyvanların hücumu;

üçüncü şəxslərin hərəkətləri.

Əlavə sığorta haqqı ödəməklə oğurluq, soyğunçuluq və quldurluq nəticəsində yaranan zərərlər də sığorta təminatına daxil edilə bilər.

Dövlət sığorta haqqının yarısını ödəyir

Aqrar sığortanın ən böyük üstünlüklərindən biri dövlət dəstəyidir. Mövcud qaydalara əsasən sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Nəticədə fermerlər çox aşağı məbləğlərlə heyvanlarını sığortalaya bilirlər.

Bir heyvanın sığortası fermerə neçəyə başa gəlir?
Aqrar Sığorta Heyvandarlıq Təsərrüfatlarını Risklərdən Necə Qoruyur?Mövcud tariflərə görə:

Heyvan ptəxmini dəyəri fermerin ödədiyi illik sığorta haqqı:

Qoyun və ya keçi 300 manat dəyərindədirsə, 7-11 manat sığorta ödənilir.

İnək və ya camış 1000 manat dəyəribdədirsə, 24-39 manat sığorta ödənilir.

Tariflər seçilən sığorta paketindən asılı olaraq dəyişir. İribuynuzlu heyvanlarda tariflər 4,89%-7,80%, xırdabuynuzlu heyvanlarda isə 4,60%-7,37% arasında dəyişir. Dövlət dəstəyi nəticəsində bu məbləğin yarısını fermer ödəyir.

Sığorta hadisəsi zamanı nə qədər ödəniş edilir?

Qanunvericiliyə uyğun olaraq 10% azadolma tətbiq edilir. Məsələn:

300 manat dəyərində qoyun tələf olduqda fermerə təxminən 270 manat;

1000 manatlıq inək tələf olduqda isə təxminən 900 manat ödəniş edilir.

Bu isə fermerin faktiki olaraq heyvanın bazar dəyərinin böyük hissəsini geri alması deməkdir.

Aqrar sığortanın real nəticələri

Son illərdə aqrar sığorta üzrə ödənişlər davamlı şəkildə artıb. Rəsmi məlumatlara görə:

2021-ci ildə heyvandarlıq sığortası üzrə 118 min manat;

2022-ci ildə 671 min manat;

2023-cü ildə 910 min manat;

2024-cü ildə 1 milyon 172 min manat kompensasiya ödənilib. Ümumilikdə heyvandarlıq sığortası üzrə fermerlərə 3,2-3,5 milyon manat arasında ödəniş həyata keçirilib. Təkcə 2025-ci ilin ilk aylarında yüz minlərlə manat kompensasiya verilib.
Bu göstəricilər aqrar sığortanın artıq minlərlə fermer üçün real maliyyə müdafiə mexanizminə çevrildiyini göstərir.

Sığorta üçün hansı şərtlər tələb olunur?

Heyvanın sığortalanması üçün:

heyvan birkalanmalı;

peyvəndləri aparılmalı;

məlumatları EKTİS sistemində qeydiyyata alınmalı;

saxlanma şəraiti baytarlıq və heyvandarlıq normalarına uyğun olmalıdır.

Müraciətdən sonra müstəqil aqrar sığorta eksperti təsərrüfata baxış keçirir və uyğunluq təsdiqləndikdən sonra müqavilə bağlanır.
Nəticədə iqlim dəyişiklikləri, xəstəliklər və vəhşi heyvan hücumları fonunda heyvandarlıq fəaliyyəti əvvəlki illərlə müqayisədə daha riskli sahəyə çevrilib. Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli sığorta mexanizmi fermerlərə cüzi xərc qarşılığında böyük maliyyə itkilərindən qorunmaq imkanı yaradır. Cəmi 7-11 manat ödəməklə qoyunu, 24-39 manat ödəməklə isə inəyi sığortalamaq və min manatlarla ölçülən potensial zərərin qarşısını almaq mümkündür. Bu baxımdan aqrar sığorta artıq təkcə maliyyə aləti deyil, həm də kənd təsərrüfatında dayanıqlığın və ərzaq təhlükəsizliyinin vacib elementlərindən biridir.

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

01.10.2026 231
.

Tramp: İranla əvvəlki sazişin şərtləri artıq məqbul deyil

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəs təklifini rədd etdiyini bildirib, çünki mümkün sazişin şərtləri ilə bağlı mövqeyi dəyişib. "Report" xəbər verir ki, bu barədə o "Time" jurnalına müsahibəsində deyib. "Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm"

01.10.2026 155
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

01.10.2026 199
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 348
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 151
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.