Mariyana Kuyundziç: Aİ Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdir

Mariyana Kuyundziç: Aİ Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdirAvropa İttifaqı (Aİ) hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investorudur.

"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Avropa şəhərciyi - 2026" tədbirinin açılışında bildirib.

Onun sözlərinə görə, bu il Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd edir:

"Biz 1996-cı ildən əhəmiyyətli nəticələr əldə etmişik. Kənd təsərrüfatı və biznesin inkişafından tutmuş səhiyyə, təhsil, ətraf mühitin mühafizəsi və bir çox digər istiqamətlərə qədər ən müxtəlif sahələrdə yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmağı ilə qürur duyur. Biz tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiqik".

O qeyd edib ki, "Avropa şəhərciyi" Avropaya açılan xüsusi bir pəncərədir və azərbaycanlılara Aİ və onun fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verir.

Tədbir Heydər Əliyev meydanında keçirilir. Ziyarətçilər üçün yaradıcı kollektivlərin çıxışları, interaktiv tədbirlər, viktorinalar, müsabiqələr, stolüstü oyunlar, uşaq proqramları və Avropa İttifaqı ölkələrinin təqdimatlarını özündə cəmləşdirən zəngin mədəni və təhsil proqramı hazırlanıb.

"Avropa şəhərciyi" çərçivəsində qonaqlar həmçinin Aİ-yə üzv dövlətlərin pavilyonlarına baş çəkə, onların mədəniyyəti, adət-ənənələri və Azərbaycanla əməkdaşlıq istiqamətləri ilə tanış ola bilərlər. Aİ nümayəndəliyi ilə yanaşı, tədbirdə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç iştirak edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 117   Tarix: 06 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə qaydası təsdiqlənib. Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin mükafatlandırılması məqsəd

18:00 64
.

Aqrar Sığorta Heyvandarlıq Təsərrüfatlarını Risklərdən Necə Qoruyur?

Respublikamızın müxtəlif bölgələrində vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və fermer təsərrüfatlarına hücumlarının artması müşahidə olunur. Xüsusilə qış və yaz aylarında canavar, çaqqal və digər yırtıcı heyvanların qoyun, keçi və iribuynuzlu mal-qaraya hücumları nəticəsində fermerlə

10:07 218
.

Bu yaşdan sonra sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK

Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış, xüsusilə ahıl və yaşlı kateqoriyadan olan sürücülərin vəsiqə müddəti bitdikdə, onların bu sənədi yenidən əld

14:53 218
.

Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

İspaniyanın paytaxtı Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. "Report" xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətin

16:10 108
.

Sosial şəbəkələrlə bağlı tələbləri pozanlar cərimələnəcək

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma v

10:30 207
.

Bakıda ŞOK ANLAR: Küçənin ortasında avtobusu saxladıb hücum etdi - VİDEO

Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib. xəbər verir ki, insident Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 61 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Otokar" markalı avtobusun qarşısını dayanacaqdan kənar yerdə kəsərək saxladan qadın sərnişi

05.06.2026 527
.

Yandırıcı yay istiləri turistlərin istirahət vərdişlərini dəyişdirir

Son illərdə yayılan güclü istilər dünya üzrə turizm davranışlarını dəyişməyə başlayıb. Qaynarifno xəbər verir ki, bu barədə "National Geographic" yazır. Məlumata görə, Avropada turistlərin böyük hissəsi artıq ənənəvi yay tətili modelini - xüsusilə Aralıq dənizi sahillərində istirahəti - yenidə

05.06.2026 242
.

Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir

Bəhreynin Xarici İşlər Nazirliyi (XİN) İranın onun ərazisinə etdiyi hücumları, eləcə də Küveytə endirdiyi zərbələri pisləyib. "Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi məlumatında bidirilib. Bəyanatda Bəhreyn və Küveyt silahlı qüvvələrinin yüksək döyüş hazırlığı v

17:40 80
.

Günəşin heç batmadığı dağlarda 20 min avroluq xəzinə ovu

Finlandiyanın məşhur xizək mərkəzi Levi yay mövsümünü 20.00 avro dəyərində qızıl axtarışı ilə açır. Gecə yarısı günəşi altında xəzinə tapmaq istəyən iştirakçılar 18 iyun tarixində Levidə bir araya gələcəklər. Qaynarinfo xəbər verir ki, Şimal işıqları və Şaxta Babanın evi ilə tanınan Laponiyanın bu bölgəs

05.06.2026 280
.

TOP MP3