Aşura günü iyunun 25-də olacaq

Aşura günü iyunun 25-də olacaqBu il Aşura günü iyunun 25-nə təsadüf edir.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür:

"Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır".

İlahiyyatçı alim qeyd edib ki, Məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür:

"Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicri 61-ci ildə baş vermiş bu hadisə zamanı Peyğəmbər (s) nəvəsi İmam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən Məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir.

Azərbaycanda Məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, moizələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir", - o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

01.10.2026 215
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 198
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

01.10.2026 219
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 244
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

01.10.2026 169
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 128
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.