Qlobal brendlərin məhsullarında idxal qarışıqlığı: bazarda nə baş verir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Qlobal brendlərin məhsullarında idxal qarışıqlığı: bazarda nə baş verir? - HÜQUQŞÜNASDAN AÇIQLAMAAzərbaycanda qlobal brendlərə məxsus təmizlik və şəxsi gigiyena məhsullarının müxtəlif şirkətlər tərəfindən ölkəyə idxal olunması son illər alıcılar arasında ciddi çaşqınlıq yaradıb. Eyni markaya aid məhsulların fərqli barkod, istehsal ölkəsi və keyfiyyət göstəriciləri ilə satışa çıxarılması istehlakçıların hansı məhsulun orijinal və ya daha keyfiyyətli olduğunu müəyyən etməsini çətinləşdirir. Xüsusilə supermarket şəbəkələrinin məhsulları birbaşa özlərinin idxal etməsi bazarda paralel idxal məsələsini daha da aktuallaşdırıb.

Bu vəziyyət fonunda "Gömrük Komitəsi qanunvericilik səviyyəsində məhdudiyyət tətbiq edərək yalnız brendin rəsmi nümayəndəsinə idxal hüququ verə bilərmi?" sualı ictimai müzakirələrə səbəb olub. Belə bir qərarın rəqabət mühiti, qiymətlər və istehlakçı seçiminə necə təsir göstərəcəyi isə maraq doğuran əsas məsələlərdən biri sayılır.
Qlobal brendlərin məhsullarında idxal qarışıqlığı: bazarda nə baş verir? - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində bu göründüyündən çox mürəkkəb məsələdir. Onun sözlərinə görə, Gömrük Komitəsi idxal məsələsinə nəzarət edə bilməz: "Birinci növbədə onu qeyd edim ki, məhsulun yalnız brendin özü tərəfindən idxal olunması ilə bağlı Gömrük Komitəsi qərar verə bilməz. Burada iki yol var. Birinci yol odur ki, qlobal brendlərin özü Gömrük Komitəsi ilə əməkdaşlıq edib, öz məhsullarından nümunələr verə bilər Gömrük Komitəsinəki fərqlər necə olmalıdır. Çünki Gömrük Komitəsi bütün brendləri izləyə bilməz axı. Eyni zamanda qlobal brendlər öz məhsullarını özündən başqa idxal edən supermarketlər və başqa idxalçılara qarşı məhkəmə qaydasında iddia qaldıra bilər.

Məhkəmədə vurulan zərərin əvəzinidə tələb edə bilər. İkinci yol isə ondan ibarətdir ki, istehlakçılar bu hallarla bağlı Prezident yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilərlər. Çünki bu faktiki olaraq istehlakçıların aldadılmasıdır. Bu halda Antiinhisar həmin sahibkar barəsində tədbir görə bilər. Yəni cərimələyə bilər. Eyni zamanda istehlakçı bu hallarla bağlı məhkəməyədə müraciət edib, ona vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 596   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 171
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Mağazaya süd almağa getdi, milyonçu oldu

Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo

01.10.2026 215
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 198
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

01.10.2026 219
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

01.10.2026 244
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

01.10.2026 169
.

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə

01.10.2026 128
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.