"Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirilməsini məhdudlaşdırırıq"

"Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirilməsini məhdudlaşdırırıq""Hesab edirəm ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir".

"Qafqazinfo" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

MEDİA rəsmisi bildirib ki, qanun layihəsi ilə bağlı müxtəlif fikirlər səslənəcək.

"Təcrübə göstərir ki, belə təşəbbüslər ortaya çıxanda çox zaman spekulyativ yanaşmalar və yanlış şərhlər daha sürətlə yayılır. Sonradan isə biz həmin məlumatları təkzib etməyə və ya düzəliş verməyə çalışırıq. Təəssüf ki, bu yanaşma hər zaman kifayət qədər effektiv olmur.

Bu qanun cəmiyyətə qadağa kimi deyil, uşaqlar üçün yeni imkanlar yaradan bir təşəbbüs kimi təqdim edilməlidir. Çünki burada məqsəd sadəcə məhdudiyyət tətbiq etmək deyil. Biz nəyi məhdudlaşdırırıq? Sosial şəbəkələrdə məqsədsiz və sistemsiz şəkildə vaxt keçirilməsini. Eyni zamanda bunun alternativini də təklif etməliyik. Uşaqlara faydalı informasiya təqdim etməli, maarifləndirmə işini elə qurmalıyıq ki, sosial şəbəkələrdə keçirilən vaxtın əvəzinə kitab oxumaq, yeni biliklər əldə etmək, maraqlı məzmun yaratmaq və digər faydalı fəaliyyətlər təşviq olunsun", - o deyib.

N.Məmmədli qeyd edib ki, bu gün uşaqlar və yeniyetmələr internetdən geniş istifadə edirlər: "Məktəblərdə verilən bir çox tapşırıqların yerinə yetirilməsi də internet resurslarından istifadəni zəruri edir. Ona görə də məqsəd internetdən istifadənin qarşısını almaq deyil, onun daha səmərəli və təhlükəsiz istifadəsini təmin etməkdir. Bu baxımdan rəqəmsal mühitdə maarifləndirici və faydalı resursların sayını artırmalıyıq ki, uşaqlar zərərli məzmunun alternativini görə bilsinlər.

Qeyd etmək istəyirəm ki, hətta 18 yaşından sonra da sosial şəbəkələrdən və rəqəmsal imkanlardan məqsədsiz istifadə insanın vətəndaş kimi formalaşmasına ciddi töhfə vermir. Buna görə də rəqəmsal düşüncə və rəqəmsal mədəniyyət uşaqlarda və gənclərdə daha erkən yaşlardan formalaşdırılmalıdır. Bugünkü çıxışlardan da cəmiyyətin bu məsələ ilə bağlı narahatlığını hiss etmək mümkündür. Lakin rəqəmsal reallıq yalnız təhdidlərdən ibarət deyil. Onun çox geniş və əhəmiyyətli müsbət tərəfləri də var. Hesab edirəm ki, bu qanunun ictimai müzakirəsi ilə paralel olaraq media da öz fəaliyyət istiqamətlərini daha dəqiq müəyyənləşdirməlidir. Cəmiyyətin rəqəmsal savadlılığının artırılması, gənc nəslin qorunması və onlara yeni imkanların yaradılması istiqamətində ciddi fəaliyyət göstərilməlidir. Maarifləndirmə Azərbaycan mediasının yaranışından etibarən əsas funksiyalarından biri olub. Düşünürəm ki, bu gündən başlayaraq həmin istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

01.10.2026 219
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 180
.