Süni intellekt: insanı əvəz edir, yoxsa tamamlayır?
"Süni intellektin insan təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqlar müəyyən mənada başa düşüləndir. Çünki insanlar bəzi hallarda düşünmək, analiz etmək və müqayisə aparmaq əvəzinə hazır cavablara üstünlük verməyə başlayır. Lakin burada əsas məsələ alətin özü deyil, onun istifadə vərdişidir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, gündəlik müşahidələr göstərir ki, insanlar getdikcə daha çox "hazır nəticə" əldə etməyə meyillənir. Axtarmaq, araşdırmaq və analiz etmək əvəzinə birbaşa nəticəni qəbul etmək düşünmə bacarıqlarına uzunmüddətli təsir göstərə bilər:
"Tarixə nəzər saldıqda oxşar müzakirələrin hər yeni texnologiya dövründə ortaya çıxdığını görmək mümkündür. Kalkulyatorun istifadəyə verilməsi zamanı insanların hesablamanı unudacağı, internetin geniş yayılması ilə yaddaşın zəifləyəcəyi iddia edilirdi. Lakin nəticə göstərdi ki, bu texnologiyalar insanın imkanlarını məhdudlaşdırmayıb, əksinə genişləndirib.
Süni intellekt də eyni məntiqə uyğun olaraq qiymətləndirilə bilər. Sadə ifadə etsək, AI kalkulyator kimidir: əgər insan məntiqi anlayırsa, bu vasitə onun işini sürətləndirir; əgər anlamırsa, sadəcə hazır cavab istifadəçisinə çevrilir.
Qadağa məsələsinə gəldikdə isə, süni intellektin tamamilə məhdudlaşdırılması nə real, nə də effektiv yanaşmadır. Çünki bu texnologiya artıq qlobal miqyasda geniş yayılıb və müxtəlif platformalarda istifadə olunur. Qadağa tətbiq edilsə belə, alternativ yolların yaranması qaçılmazdır.
Bu səbəbdən əsas diqqət qadağaya deyil, maarifləndirməyə yönəldilməlidir. İnsanlara süni intellektdən düzgün istifadə qaydaları, onun hansı hallarda faydalı, hansı hallarda isə tənqidçi düşüncə tələb etdiyi izah olunmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 581 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKral ailəsində yeni körpə - Foto
Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad
05.08.2026 364 Pomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları
Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir
05.08.2026 283 Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz - Hikmət Hacıyev
Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikas
05.08.2026 249 Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər
İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə
10:44 134 Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd
05.08.2026 276 İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri
Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma
05.08.2026 338 Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR
Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"
05.08.2026 236 Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham
ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib. Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığ
12:05 119 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər
05.08.2026 272