Ağız xərçəngi çox vaxt nəzərə çarpmayan bir əlamətlə başlayır - nəyə diqqət yetirmək lazımdır?
Bir çox insan ağız boşluğunda yaranan yaraları müvəqqəti problem hesab edərək onlara əhəmiyyət vermir. Lakin bəzi hallarda bu əlamət orqanizmdə daha ciddi dəyişikliklərin göstəricisi ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ağız boşluğundakı yaraların əksəriyyəti sağlamlıq üçün təhlükə yaratmır və bir-iki həftə ərzində öz-özünə sağalır. Ancaq yara sağalmırsa, qanayırsa və ya mütəmadi olaraq eyni nahiyədə yenidən əmələ gəlirsə, bu, əlavə müayinəyə ehtiyac yarada bilər.
Xorvatiyanın Dentum klinikasının çənə-üz cərrahı Andrey Bojiç bildirib ki, bu cür dəyişikliklər çox vaxt stress, selikli qişanın qıcıqlanması və ya yanağın təsadüfən dişlənməsi nəticəsində yaransa da, bəzi hallarda ağız boşluğu və ya boğaz xərçənginin erkən mərhələləri ilə əlaqəli ola bilər. Mütəxəssis qeyd edib ki, bu xəstəliklərin yaranma riski siqaret çəkənlərdə, müntəzəm olaraq alkoqol qəbul edənlərdə, həmçinin insan papilloma virusuna (HPV) yoluxmuş şəxslərdə daha yüksəkdir.
Ağız Sağlamlığı Fondunun məlumatına görə, Böyük Britaniyada son 20 ildə ağız boşluğu xərçəngi hallarının sayı iki dəfə artıb. Həmçinin HPV ilə əlaqəli boğaz xərçənginin yayılması, xüsusilə kişilər arasında sürətlə artır. Əsas problemlərdən biri odur ki, xəstəlik erkən mərhələlərdə demək olar ki, heç bir əlamət verməyə bilər. İnsan ağrı və ya digər ciddi simptomlar hiss etmədiyindən Həkimə müraciəti gecikdirir və problemin öz-özünə keçəcəyini düşünür.
Bojiçin sözlərinə görə, profilaktik müayinələr zamanı stomatoloqlar əlavə yoxlama tələb edən dəyişiklikləri aşkar edə bilərlər. Buraya uzun müddət sağalmayan yaralar, selikli qişada yaranan ağ və ya qırmızı ləkələr, eləcə də ağız boşluğunda toxumaların qalınlaşması daxildir.
Mütəxəssis aşağıdakı hallarda həkimə müraciət etməyi tövsiyə edir:
Yara iki həftədən artıq müddətdə sağalmırsa;
Ağızda eyni yerdə davamlı ağrılı nahiyə yaranırsa;
Udqunma zamanı çətinlik meydana çıxırsa;
Boyunda və ya çənə altında bərkimə və ya şişkinlik hiss olunursa.
Riskləri azaltmaq üçün o, mütəmadi stomatoloji müayinələrdən keçməyi, ağız boşluğunun gigiyenasına diqqət yetirməyi, tütün məhsullarından uzaq durmağı və alkoqol istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Həkim xüsusilə gənclərin HPV-yə qarşı peyvənd olunmasının vacibliyini vurğulayıb.
Mütəxəssisin fikrincə, ağız boşluğunda yaranan yaraların əksəriyyəti təhlükəli deyil. Lakin uzun müddət keçməyən dəyişiklikləri diqqətdən kənarda qoymaq olmaz. Xəstəliyin erkən aşkar olunması uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır.
Xatırladaq ki, daha əvvəl qəhvə ilə birlikdə qəbul edildikdə mədədə narahatlıq yarada və ya vacib qida maddələrinin mənimsənilməsinə mane ola bilən 5 məhsul barədə məlumat vermişdik.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 834 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
01.10.2026 204 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 219 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 105 Azərbaycan üç yeni avtomat istehsal edib
"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır
01.10.2026 171 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 221 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 180