Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib8 iyun 2026-cı il tarixində Bakcell baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi məlumat yayıb. Telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə sahib Qunnar Panke şirkətin baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Qunnar Panke telekommunikasiya sektorunda müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə malikdir. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (İngiltərə), London Biznes Məktəbi (İngiltərə), IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbi (ABŞ) kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik proqramlarını uğurla tamamlayıb.

"Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell-ə təyinatım mənim üçün böyük məsuliyyət və şərəfdir. Məqsədim innovasiya, süni intellekt və müştəriyönümlü həllər vasitəsilə abunəçilərimiz üçün daha çox dəyər yaratmaqla, Bakcell-in telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək və ölkənin rəqəmsal inkişafında strateji rolunu genişləndirməkdir", - deyə Qunnar Panke vurğulayıb.

Yeni təyinat Bakcell-in müştəriyönümlü innovasiya, süni intellekt və rəqəmsal xidmətlər istiqamətində uzunmüddətli strateji prioritetlərinin daha da sürətləndirilməsinə təkan verəcək. Qunnar Pankenin rəhbərliyi ilə şirkət müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 155   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artistinin atasının məzarı illər sonra tapıldı - Video

Xalq artisti Naibə Allahverdiyeva 35 il sonra atasının məzarını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Ağdamın Mərzili kəndində tapılan məzara baş çəkən N.Allahverdiyeva sosial şəbəkədə video paylaşıb. Aktrisa uzun illər sonra ilk dəfə olaraq atasının məzarını ziyarət etdiyini vurğulayıb

14:53 216
.

Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - "Mediadan öyrəndim" - Video

İş adamı və müğənni Emin Ağalarov ilk dəfə atasının ikinci evliliyindən danışıb. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Sveta Bondarçukun qonağı olan Emin atasının toyu olması xəbərini mediadan öyrəndiyini və məclisdə iştirak etmədiyini deyib. "Toyunda iştirak etmədim

10:37 304
.

Fərdi ev tikintisi: icazə, layihə və rüsumlar necə hesablanır?

"Vətəndaş öz mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində onun təyinatına uyğun şəkildə tikinti apara bilər. Fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olmalıdır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzv

15:05 159
.

İsraildən yeni açıqlama: İranın hərbi infrastrukturu vurulur

İsrail İranın raket buraxıcılarını və enerji sektoru ilə əlaqəsi olmayan infrastruktur obyektlərini hədəf alır. xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter sosial media hesabında paylaşım edib. "İsrail hazırda İranın yer-yer tipli raket buraxıcılarını və enerji sektoru ilə əlaqəl

10:58 153
.

İran İsraili Livandakı atəşkəsi pozmaqda ittiham etdi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranın İsrailə qarşı həyata keçirdiyi hücum Livanda atəşkəsin pozulmasına cavab xarakteri daşıyıb. xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Əraqçi Fransa xarici işlər naziri Jan-Noel Barrot və Qətərin Ba

11:49 163
.

İsrail İranda neft-kimya zavoduna zərbə endirib

Yarı-rəsmi Fars xəbər agentliyi bazar ertəsi günü bir məmura istinadən bildirib ki, İsrail İrandakı neft-kimya zavoduna hava hücumu edərək zavodun bir hissəsinə zərər vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəndər-e Mahşar şəhərində yerləşən Karu

10:26 159
.

Braziliya Avropa İttifaqının ət idxalı qadağasına cavab hazırlayır

Braziliya hökuməti Avropa İttifaqının (Aİ) Braziliyadan ət məhsullarının idxalını məhdudlaşdırmaq qərarına cavab tədbirlərinin görülməsi imkanlarını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzetinə müsahibəsində Braziliya Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxal

07.06.2026 242
.

Qlobal brendlərin məhsullarında idxal qarışıqlığı: bazarda nə baş verir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda qlobal brendlərə məxsus təmizlik və şəxsi gigiyena məhsullarının müxtəlif şirkətlər tərəfindən ölkəyə idxal olunması son illər alıcılar arasında ciddi çaşqınlıq yaradıb. Eyni markaya aid məhsulların fərqli barkod, istehsal ölkəsi və keyfiyyət göstəriciləri ilə satışa çıxarılması istehlakçıları

15:13 147
.

Ukrayna bildirir ki, Rusiya pilotsuz təyyarəsi Çornobıl yaxınlığındakı nüvə yanacağı anbarına zərbə endirib

Rusiya qüvvələri Ukraynanın Çernobıl elektrik stansiyasının yaxınlığındakı işlənmiş nüvə yanacağı anbarına qəsdən zərbə endiriblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, radiasiyanın kəskin artmasına səbəb olmayan "son dərəcə alçaq" bir hücumdur. Prezident Vladimir Zelenski bazar gün

11:18 194
.

TOP MP3