BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU - "Mühazirələr kosmosdan yayımlanacaq?"

BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU - "Mühazirələr kosmosdan yayımlanacaq?"Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb.

Bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illik ödəniş 2100 manat artıb.

Qeyd edək ki, sözügedən ixtisas üzrə təhsil müddəti 3 ildir. Əvvəlki tariflərlə tələbələr üç il ərzində ümumilikdə 16500 manat ödəyirdilər. Yeni qiymətlərə əsasən isə bu məbləğ 22800 manat təşkil edəcək. Başqa sözlə, təhsil müddəti ərzində ümumi ödənişdə fərq 6300 manat olacaq...

Təhsil eksperti: "Universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır"

Bu barədə təhsil eksperti Əmrah Həsənli "AzPolitika"ya şərhində bildirib ki, Bakı Dövlət Universitetinin təkrar ali təhsil üzrə hüquq fakültəsində təhsil haqqını birdən-birə 5500 manatdan 7600 manata qaldırması sadəcə iqtisadi bir tənzimləmə deyil, təhsilimizin fəlsəfəsinə və əlçatanlığına vurulan növbəti ağır zərbədir: "Bir ildə qiymətin 2100 manat, yəni təxminən 40 faizə yaxın süni şəkildə artırılmasının arxasında hansı real xərc amilinin dayandığını heç bir məntiqi və elmi arqumentlə izah etmək mümkün deyil. Universitet rəhbərliyi yəqin ki, bu artımı bazar iqtisadiyyatı, tələb-təklif qanunauyğunluğu və ya hüquq ixtisasına olan həddindən artıq böyük maraqla əsaslandırmağa çalışacaq, lakin unudurlar ki, universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır".
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU - "Mühazirələr kosmosdan yayımlanacaq?"Ekspert qeyd edib ki, əgər biz tələbəyə gələcəyin ziyalısı, dövlətin kadr potensialı kimi yox, sadəcə universitet büdcəsini dolduran bir "müştəri" kimi baxmağa davam edəcəyiksə, onda təhsilin keyfiyyətindən və milli inkişafdan danışmağımıza dəyməz: "Ölkədə ikinci ali təhsil almaq istəyən şəxslər onsuz da həyatda müəyyən yer tutmuş, öz sahəsini dəyişmək və ya hüquqi biliklərə yiyələnərək dövlətə xidmət etmək istəyən vuruşan, çalışan gənclər və vətəndaşlardır. Biz isə onların önünə elə bir fantastik rəqəm qoyuruq ki, orta statistik azərbaycanlı ailəsi gərək bir il ərzində yeməsin, içməsin, yaşamasın və bütün qazancını gətirib universitetin kassasına ödəsin".

Ə. Həsənlinin sözlərinə görə, məsələnin digər və ən ağrılı tərəfi həm də bu qiymətin təyin olunmasının verilən təhsilin keyfiyyəti ilə nə dərəcədə üst-üstə düşməsidir: "Gəlin tam dürüst olaq, bir illik təhsil haqqı 7600 manat olan bir fakültə tələbəyə hansı beynəlxalq standartları, unikal imkanları vəd edir? Bu gün dünyada hamının həsəd apardığı aparıcı universitetlərdə belə qiymətlər tənzimlənərkən tələbənin gələcək qazanc potensialı, elmi laboratoriyaların səviyyəsi və auditoriya şəraiti nəzərə alınır. BDU-da qiymət 2100 manat artırılarkən mühazirələr birbaşa kosmosdan yayımlanmağa başlayacaq, yoxsa tələbələrə qızıldan partalar veriləcək? Əlbəttə ki, yox. Tədris proqramı eyni, metodika eyni, binanın şəraiti eynidir".

"Bu təhsil haqqını ödəyib məzun olan gənc sabah hansı maaşla, neçə ilə universitetə tökdüyü bu sərmayəni geri qaytaracaq? Biz təhsili belə fantastik qiymətlərlə əlçatmaz etməklə savadlı gənclərin intellektual xəyallarını baltalayırıq və diplomu sadəcə varlı təbəqənin ala biləcəyi bir lüks əşyaya çeviririk. Əgər rəqəmlər kosmosa uçursa, amma dərsliklərin keyfiyyəti, praktiki imkanlar və təhsilin idarə olunması hələ də yerində sayırsa, deməli burada məqsəd təhsil keyfiyyətini qaldırmaq yox, sadəcə vətəndaşın cibinə girməkdir. Biz hər zaman vurğulayırıq ki, dövlətin və millətin gələcəyi elmin əlçatanlığından asılıdır, universitetləri gəlir mənbəyinə çevirmək isə təhsilimizin reallığı ilə tamamilə ziddiyyət təşkil edir və bu süni artım dərhal yenidən nəzərdən keçirilməlidir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinə ünvanladığımız sorğu cavabsız qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kral ailəsində yeni körpə - Foto

Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad

05.08.2026 364
.

Pomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları

Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir

05.08.2026 283
.

Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz - Hikmət Hacıyev

Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikas

05.08.2026 249
.

Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər

İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə

10:44 134
.

Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq

"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd

05.08.2026 276
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 338
.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 236
.

Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham

ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib. Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığ

12:05 119
.

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, təmir işlər

05.08.2026 272
.

TOP MP3