Paşinyan qalib gəldi, amma əsas mübarizə indi başlayır

Paşinyan qalib gəldi, amma əsas mübarizə indi başlayırErmənistanda parlament seçkiləri başa çatıb. Seçki bülletenlərinin 100 faizi hesablanıb və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 49,81 faiz səslə qalib gəlib.

Yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq: "Vətəndaş Müqaviləsi", "Güclü Ermənistan" və "Ermənistan" bloku. İş adamı Qaqik Çarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası isə 3,99 faiz səs topladığı üçün parlamentə düşə bilməyib.

Mandatlar belə bölüşdürüləcək:

"Vətəndaş Müqaviləsi" - 64 mandat
"Güclü Ermənistan" - 29 mandat
"Ermənistan" bloku - 12 mandat

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Nikol Paşinyanın qələbəsi gözlənilməz nəticə sayılmır. Lakin hakim partiyanın daha yüksək nəticə göstərəcəyi proqnozlaşdırılırdı. Əldə olunan 64 mandat Paşinyana təkbaşına hökumət formalaşdırmağa və adi qanunları parlamentdən keçirməyə imkan verir. Bununla belə, bu nəticə onun qarşıdakı strateji hədəfləri baxımından tam rahatlıq yaratmır:

"Məsələ ondadır ki, Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan"ın 29 mandatı ilə Robert Köçəryanın "Ermənistan" blokunun 12 mandatı birlikdə parlamentdə kifayət qədər ciddi müxalif platforma formalaşdıra bilər. Bu isə xüsusilə bir sıra həssas məsələlərdə Paşinyanın manevr imkanlarını məhdudlaşdıra bilər.

Belə məsələlərdən biri Konstitusiya dəyişiklikləridir. Bu mövzu seçkilərdən əvvəl də Ermənistanın siyasi gündəmində mühüm yer tuturdu. Dəyişikliklər həm ölkədaxili siyasi səbəblərlə, həm də regionda formalaşan yeni geosiyasi reallıqlarla əlaqələndirilir.

Mövzunun Azərbaycanla bağlı tərəfi də var. Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların dəyişdirilməsini sülh sazişinin yekun imzalanması üçün vacib şərtlərdən biri hesab edir.

Digər mühüm məsələ Azərbaycanla sülh sazişi və Türkiyə ilə normallaşma prosesidir. Samvel Karapetyan və Robert Köçəryan bu istiqamətlərdə ortaq mövqe nümayiş etdirsələr, həm parlament tribunasından, həm də media vasitəsilə hakimiyyətə qarşı ciddi təzyiq formalaşdıra bilərlər. Xüsusilə Köçəryan düşərgəsi uzun illərdir bu məsələlərdə daha sərt və konservativ mövqeyi ilə seçilir.

Oxşar vəziyyət Ermənistanın Avropa İttifaqı və ABŞ ilə münasibətlərinin inkişafı, eləcə də Rusiyanın təsir dairəsindən uzaqlaşması ilə bağlı siyasətdə də müşahidə oluna bilər.

Buna görə də qarşıdakı dövrün əsas suallarından biri Samvel Karapetyan və Robert Köçəryanın vahid siyasi xətt formalaşdırıb-formalaşdırmayacağıdır. Böyük ehtimalla, hər iki siyasi qüvvə əməkdaşlıq imkanlarını araşdırmağa çalışacaq. Lakin Paşinyanın da prosesləri passiv izləyəcəyi gözlənilmir.

Hakimiyyət ilk növbədə rəqiblərinin hansı taktikanı seçəcəyini müşahidə edəcək. Əgər Karapetyan və Köçəryan hakimiyyətə qarşı sərt qarşıdurma xəttinə üstünlük versələr, Paşinyan hüquqi və inzibati vasitələrdən daha fəal istifadə edə bilər. Hətta bəzi ekspertlər belə bir ssenaridə müxalif liderlərə qarşı cinayət təqiblərinin gündəmə gələ biləcəyini istisna etmirlər.

Bu, Ermənistan siyasəti üçün yeni vəziyyət sayılmaz. Paşinyan hakimiyyəti əvvəlki illərdə də rəqiblərinə qarşı korrupsiya, qanun pozuntuları və digər hüquqi iddialar əsasında təzyiq mexanizmlərindən istifadə etməkdə ittiham olunub.

Əgər müxalifət açıq qarşıdurma yolunu seçməsə, hakimiyyət fərqli strategiyaya üstünlük verə bilər. Bu halda Paşinyanın əsas məqsədi rəqiblərinin vahid cəbhədə birləşməsinin qarşısını almaq olacaq. Çünki Samvel Karapetyan və Robert Köçəryanın siyasi və iqtisadi maraqları tam üst-üstə düşmür. Hakimiyyətin də məhz bu fikir ayrılıqlarından istifadə etməyə çalışacağı gözlənilir.

Beləliklə, seçkilərin qalibi müəyyənləşsə də, Ermənistan siyasətində əsas mübarizənin yeni parlamentin fəaliyyətə başlamasından sonra başlayacağı görünür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 588   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

01.10.2026 219
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

01.10.2026 105
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 180
.