Yaponiyada kral ailəsi ilə bağlı yeni qanun qəbul edilib

Yaponiyada kral ailəsi ilə bağlı yeni qanun qəbul edilibYaponiyada imperator ailəsinin gələcəyi ilə bağlı mühüm qanun dəyişikliyi gündəmdədir. Ölkənin aparıcı siyasi qüvvələri imperator ailəsində üzvlərin sayının azalmasının gələcəkdə taxt-tac varisliyi böhranına səbəb ola biləcəyi narahatlığı fonunda yeni təşəbbüsü dəstəkləyir.

"Kyodo News"un yaydığı məlumata görə, parlamentdə keçirilən görüş zamanı 13 siyasi partiya və qrupdan yeddisi dəyişikliklərin lehinə çıxış edib. Dəstək verənlər arasında baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası da yer alıb. Müxalifətdə olan bəzi kiçik partiyalar isə layihəyə qarşı çıxır.

BiG.AZ ABC News-a istinadən xəbər verir ki, hazırkı qanunvericiliyə görə, Naruhitodan sonra taxta yalnız kişi varislər çıxa bilər və imperator ailəsindən olan qadınlar evləndikdən sonra statuslarını itirirlər. Hazırda imperator ailəsində taxt üçün cəmi üç kişi varis mövcuddur: vəliəhd şahzadə Fumihito, şahzadə Hisahito və şahzadə Hitaçi.

Təklif olunan dəyişikliklərə əsasən, imperator ailəsindən olan qadınlar evləndikdən sonra da öz statuslarını qoruya biləcək. Bundan başqa, keçmiş imperator nəslinə aid kişi üzvlərin ailəyə övladlığa qəbul edilməsinə də icazə verilə bilər.

Hakim partiya layihəni yekunlaşdıraraq iyunun 10-da növbəti müzakirəyə çıxarmağı planlaşdırır. Qanunun parlamentin iyulun 17-də başa çatacaq cari sessiyası çərçivəsində qəbul ediləcəyi gözlənilir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 128   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Həcc ziyarəti başa çatır

Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc ziyarəti başa çatır. Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar:

10:47 134
.

Yevlaxda 91 yaşlı qadın yanaraq öldü

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəl

10:15 149
.

Sovet arxivlərindən çıxan ən böyük sirr: "Dyatlov keçidi" hadisəsi

Ural dağlarının ucqar bir nöqtəsində 1959-cu ildə baş verən və 9 təcrübəli alpinistin ölümü ilə nəticələnən "Dyatlov keçidi" hadisəsi onilliklər keçməsinə baxmayaraq hələ də tam şəkildə izah olunmayıb. Qaynarinfo xəbər verir ki, çadırdan panika içində qaçış anından tutmuş cəsədlərdə aşkar edilə

08.06.2026 267
.

Paşinyan qalib gəldi, amma əsas mübarizə indi başlayır

Ermənistanda parlament seçkiləri başa çatıb. Seçki bülletenlərinin 100 faizi hesablanıb və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 49,81 faiz səslə qalib gəlib. Yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq: "Vətəndaş Müqaviləsi", "Gücl

11:32 153
.

Turanın axtarışları davam edir - Foto

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb. "Qafqazinfo"nun məlumatına görə, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb. Hazırda məktəblinin axtarış-xilasetmə tədbirlər

08.06.2026 390
.

"Çiçəklənən Ermənistan" partiyası səslərin yenidən sayılmasını tələb edir

Ermənistanda keçirilən parlament seçkilərində cüzi fərqlə parlamentdən kənarda qalan iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası səslərin yenidən hesablanmasını tələb edib. xəbər verir ki, bu barədə Aysor məlumat yayıb. Partiyanın nümayəndəsi Arman Abovyan səsverməni

10:52 140
.

Şirin suyun 70 faizi dünyanın bir hissəsindədir, amma bu bizi xilas etməyəcək

Britannica Ensiklopediyasının məlumatına görə, Antarktika buz qalxanı 28 milyon kubkilometr həcmə malikdir və bu, dünyadakı bütün şirin suyun (yeraltı sular daxil olmaqla) təxminən 70 faizini təşkil edir. Beləliklə, planetin şirin suyunun təxminən 70 faizi dünyanın ən cənubunda yerləşən bir buz örtüyünd

08.06.2026 250
.

Dəyəri 500 milyon dollardır: Toyunda taxdığı tac iki gəlininə də qismət olmayacaq

1997-ci ildə Parisdə baş verən avtomobil qəzasında 36 yaşında həyatını itirən Britaniya şahzadəsi Diana 1981-ci il 29 iyul tarixində o dövrün şahzadəsi, hazırda Kral II Çarlz ilə evləndiyi gün Spencer tacını taxmışdı. Qaynarinfo xəbər verir ki, brilyantlarla bəzədilmiş bu tac Diananın ikonik ipək gəlinli

08.06.2026 334
.

"Bunu üstünlük hesab edirlər, amma acizlikdir…" - İradədən tənqid

"Bəzi qızlar deyir ki, anamın evində bir yumurta belə bişirməmişəm. Bunu üstünlük sayırlar, amma acizlikdir". xəbər verir ki,bu sözləri müğəni İradə İbrahimova "İncə səhər" verilişində deyib. Sənətçi bildirib ki, uşaqlar valideynlərin onlar üçün çəkdiyi əziyyəti anlamalıdırlar:. "B

08.06.2026 301
.

TOP MP3