2026-cı ilin ən güclü və ən sürətli smartfonları
2026-cı ilin yayının ən güclü və sürətli smartfonlarının reytinqi açıqlanıb. Populyar performans test platforması olan "AnTuTu" Android cihazları arasında ən yüksək nəticə göstərən modellərin siyahısını yeniləyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, reytinqdə "Snapdragon 8 Elite Gen 5" prosessoru əsasında çalışan flaqman smartfonlar üstünlük təşkil edir.
Ən məhsuldar Android smartfonu kimi "RedMagic 11S Pro+" tanınıb. Qurğu xüsusilə mobil oyun həvəskarları üçün nəzərdə tutulmuş güclü həll hesab edilir. Smartfon sürətləndirilmiş "Snapdragon 8 Elite Gen 5" çipi, nazik korpusda yerləşdirilmiş iri batareya və inkişaf etmiş ikiqat soyutma sistemi ilə seçilir.
İkinci yerdə "iQOO 15 Ultra" qərarlaşıb. İlk üçlüyü isə "Vivo X300 Ultra" tamamlayır. Məlumata görə, bu modellərin hər biri AnTuTu testlərində 4 milyondan çox xal toplayıb. Müqayisə üçün qeyd olunur ki, "iPhone 17 Pro" oxşar testlərdə təxminən 3 milyon xal əldə edir.
İlk onluğa həmçinin "iQOO 15", "RedMagic 11 Pro+", "Realme GT 8 Pro", "Oppo Find X9 Ultra", "Honor WIN" və "Honor Magic 8 Pro" daxil olub. Siyahıda MediaTek platforması ilə çalışan yeganə model isə yeni təqdim edilən "iQOO 15T" olub. Bu cihaz "MediaTek Dimensity 9500" prosessoru ilə təchiz edilib.
Orta büdcəli smartfonlar arasında da ayrıca reytinq hazırlanıb. Bu kateqoriyada ilk onluğun bütün iştirakçıları MediaTek prosessorları ilə işləyən modellər olub. Siyahıya "iQOO Z11" başçılıq edir. Onun ardınca "Honor 600 Pro" və "Honor WIN Turbo" gəlir.
Mütəxəssislərin məlumatına görə, "Snapdragon 8 Gen 6" prosessoru ilə çalışan ilk smartfonlar artıq sentyabr ayından etibarən bazara çıxmağa başlayacaq. Bu modellər arasında "Xiaomi 18"də yer alacaq. Qualcomm-un yeni nəsil flaqman çiplərinin adi və Pro versiyalarla təqdim ediləcəyi, hər iki variantın isə 2 nanometrlik texnoloji proses əsasında hazırlanacağı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 641 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
01.10.2026 204 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 219 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 105 Azərbaycan üç yeni avtomat istehsal edib
"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır
01.10.2026 171 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 221 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 180