Vaşinqton-Təl-Əviv xəttində gərginlik: İran məsələsi yenidən gündəmdə

Vaşinqton-Təl-Əviv xəttində gərginlik: İran məsələsi yenidən gündəmdə"Son günlər ABŞ və İsrail arasında əsas fikir ayrılığı Vaşinqtonun İranla əldə etdiyi razılaşma və bölgədə atəşkəs təşəbbüsləri ilə bağlı məsələlər ətrafında formalaşıb".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Rəsul Tağıyev bildirib.

O, qeyd edib ki, İsrail rəhbərliyi hesab edir ki, ABŞ-İran arasında əldə olunan anlaşma Tehran və onun regiondakı müttəfiqlərinə qarşı kifayət qədər sərt deyil. Bu səbəbdən Təl-Əviv Vaşinqtonun diplomatik kursuna müəyyən narazılıq nümayiş etdirir:

"ABŞ Prezidenti Donald Tramp administrasiyası isə Yaxın Şərqdə gərginliyin azaldılmasına və İranla uzunmüddətli razılaşmanın əldə olunmasına üstünlük verir. Vaşinqton hesab edir ki, diplomatik həll yolları regionda sabitliyin təmin olunmasına kömək edə bilər.

Bu çərçivədə ABŞ administrasiyası İsrailin Livandakı hərbi əməliyyatlarını məhdudlaşdırmasını istəyir. Lakin İsrail tərəfi təhlükəsizlik məsələlərini əsas gətirərək bəzi mövzularda Vaşinqtonun mövqeyi ilə razılaşmır.

Hər iki ölkə strateji müttəfiq olaraq qalmasına baxmayaraq, İran və regional təhlükəsizlik məsələlərində yanaşma fərqləri zaman-zaman fikir ayrılıqlarına səbəb olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistan Əfqanıstanın iki əyalətini bombaladı - 9 mülki şəxs öldü

Pakistan Əfqanıstanın şərqində və cənubunda hava zərbələri həyata keçirib. xəbər verir ki, bu barədə Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Kunar əyalətinin Çuqam və Helmand əyalətinin Səfər bölgələrində yaşayış binalarına zərbələ

10:30 152
.

3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

14:22 128
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

16:02 58
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 253
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 208
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 205
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

16:04 65
.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

12:19 169
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 183
.