Səyahət sığortasına maraq niyə aşağıdır?

Səyahət sığortasına maraq niyə aşağıdır?"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və zəruri vasitələrdən biri hesab olunur. Lakin təəssüf ki, Azərbaycanda bu məhsula maraq hələ də arzuolunan səviyyədə deyil".

Bunu BiG.AZ-a açıqlamasında sığorta mütəxəssisi Şahin İmayılov bildirib.

O, qeyd edib ki, hazırda Şengen ölkələrinə səfər etmək istəyən vətəndaşlar viza müraciəti zamanı mütləq qaydada səyahət sığortası təqdim etməlidirlər. Əks halda, viza müraciəti rədd edilə bilər. Digər qonşu və uzaq ölkələrə səfərlərdə isə belə bir tələb olmadığından, bir çox vətəndaş səyahət sığortası almağa ehtiyac duymur:

"Bununla belə, xarici ölkədə olarkən gözlənilməz hadisələr hər kəsin başına gələ bilər. Belə hallarda səyahət sığortası vətəndaş üçün əsl xilaskar rolunu oynayır. Xüsusilə xarici ölkələrdə tibbi xidmətlərin yüksək qiyməti nəzərə alındıqda, sığorta olmadan zəruri tibbi yardım almaq bəzən ciddi maliyyə çətinlikləri yarada bilər. Buna görə də ölkə xaricinə səfər edən hər kəsin səyahət sığortası əldə etməsi tövsiyə olunur.

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstanda qüvvəyə minən yeni qanuna əsasən, ölkəyə daxil olan xarici vətəndaşlar mütləq şəkildə səyahət sığortasına malik olmalıdırlar. Bu tələb Azərbaycan vətəndaşları arasında da geniş müzakirələrə səbəb olub.

Qərar xüsusilə iş, təhsil və ailə əlaqələri səbəbindən Gürcüstana uzunmüddətli səfərlər edən şəxslərin narazılığı ilə qarşılanıb. Çünki uzunmüddətli səyahət sığortalarının qiyməti bəzi hallarda kifayət qədər yüksək olur. Ailə üzvləri ilə birlikdə səfər edənlər üçün isə bu xərclər daha da artır.

Lakin əlavə xərc kimi görünsə də, səyahət sığortası vətəndaşların öz maraqlarına xidmət edir. Çünki istənilən anda baş verə biləcək qəza, xəstəlik və ya digər gözlənilməz hadisələr zamanı sığorta şirkətləri yaranan maliyyə yükünün qarşılanmasında mühüm rol oynayır.

Bu baxımdan səyahət sığortası yalnız formal tələb deyil, həm də vətəndaşın təhlükəsizliyi və maliyyə təminatı üçün vacib vasitə kimi qiymətləndirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 542   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3